İŞİD-lə əlbir olan azərbaycanlılar saxlanılıb
Posted on : Digər sahələr 10/16/2017 1:00:15 PM
Türkiyə polisi İstanbulda antiterror əməliyyatı keçirib
“Anadolu” agentliyinin verdiyi xəbərə görə,
əməliyyat nəticəsində İŞİD-lə əlaqədə şübhəli bilinən 40 əcnəbi saxlanılıb. Məlumata
əsasən, 23 ünvanda keçirilən əməliyyat zamanı İran, İraq, Əfqanıstan və
Azərbaycan vətəndaşları saxlanılıb. Şübhəli şəxslərin evlərində və göstərilən
yerlərdə axtarış aparılıb, çox sayda sənəd və rəqəmsal vasitə götürülüb.
Şübhəlilərdən bəzilərinin dəfələrlə Suriyadakı
qarşıdurma bölgələrinə getdikləri müəyyən olunub.(APA)