Suriya: ABŞ və İŞİD Suriya ordusuna hücumu əvvəlcədən razılaşdırıblar - VİDEO/TƏFƏRRÜAT
Posted on : Digər sahələr 10/16/2017 1:00:15 PM
Suriya Ərəb Respublikası prezidenti Bəşər Əsədin məsləhətçisi Buseyna Şaban baş vermiş faciənin bir çox qaranlıq məqamına toxunub.
"Russia Today"-ə istinadən, İŞİD
terror təşkilatı silahlıları ABŞ Suriya ordusuna zərbə endirdikdən dərhal sonra
hücuma keçib. Bu haqda ekskluziv müsahibədə Suriya Ərəb Respublikası
Prezidentinin məsləhətçisi Buseyna Şaban bildirib. O qeyd edib ki, terrorçular
buna qədər (ABŞ-ın Suriya ordusunu bombalamasına qədər - red.) hökumət
qüvvələrinin nəzarəti altında olmuş təpələrdəki mövqeləri tutduqdan sonra
Vaşinqton hücumu dayandırıb.
"ABŞ-ın Deyr-əz-Zorda etdiyi əsl
biyabırçılıqdır. Çünki, (ABŞ-ın hava zərbəsi nəticəsində ölmüş - RT) Suriya
ordusundan olan əsgərlər İŞİD-ə qarşı vuruşurdular və 300 mindən çox dinc
sakini terrorçulardan müdafiə edirdilər.", - deyə
Şaban bildirib.
Qedy edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi
Samanta Pauer BMT Təhlükəsizlik Şurasının təcili iclasını Rusiyanın
"abırsız və riyakar çıxışı" adlandırıb. Suriya prezidentinin
məsləhətçisi Samanta Pauerin sözlərini şərh edərkən qeyd edib ki, Pauer
həyatını itirmiş hərbi qulluqçular üçün ("ən azından") acıma hissi
nümayiş etdirə bilərdi: "Əgər ABŞ həqiqətən terrorimzlə
mübarizə aparısa, baş vermiş hadisəyə görə onlar utanmalı idilər.",
- deyə Buseyna Şaban əlavə edib.
Onun fikrincə, söhbət hər hansısa bir adi
səhvdən gedə bilməz. Belə ki, "ABŞ kimi bir ölkənin, hansı ki,
təxmini olaraq dünyadakı ən güclü hərbi dövlətdir, bu cür "səhvlər"
etməsi - təsadüfən onlarla insan öldürməsi çox qəribə olardı".
"Siz anlamalısınız ki, Suriya ordusu
təpələrdə idi və bir neçə təyyarə ilə oralara zərbələr endiriblər. Və Vaşinqton
zərbələri endirən kimi, terrorçular eyni istiqamətdən hücuma başladılar. ABŞ
məhz Suriya ordusu tərəfindən tutulmuş əraziyə zərbə endirib. Döyüş meydanında
olmuş hər kəsə aydındır ki, bunların hamısı aviasiya ilə terrorçular arasında
yaxşıca koordinasiya edilmişdir.", - deyə
Şaban qeyd edib.
Xanım Şaban öz nitqini davam edərək soruşub:
"Nəyə görə İŞİD daha əvvəl hökumət qüvvələrinin olduğu mövqeləri tutduqdan
sonra ABŞ bombalamağı dayandırdı? Nəyə görə onlar İŞİD-i bombalamağa davam
etmədilər? Onlar yalnız Suriya ordusuna zərbələr endirirdilər".
Bəşər Əsədin məsləhətçisi qeyd edib ki,
Pentaqon və Ağ Ev baş vermiş hadisəyə müxtəlif şəkildə reaksiya veriblər."Bilmirəm,
bəlkə, ABŞ-ın birdən çox hökuməti var? Bizə elə gəldi ki, Ağ Ev baş vermiş
hadisə ilə əlaqədar olaraq təşviş (həyəcan) içərisində idi, Pentaqon isə
yox", - deyə o əlavə edib.
Bundan əlavə, xanım Şaban Suriyadakı Düşmən
Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin nümayəndələri ilə razılaşıb.
Rusiya Mərkəzi daha əvvəl bildirmişdi ki, atəşkəs rejimi qüvvələrin yenidən
qruplaşdırılması, hərbi sursat ehtiyatlarının doldurulması və yeni ərazilərin
tutulması məqsədi ilə hücumların hazırlanması üçün terrorçular tərəfindən
istifadə edilir.
Xatırladaq ki, sentyabr ayının 17-si Rusiya
Qərb koalisiyasının Suriya ordusuna endirmiş olduğu hava zərbəsi ilə əlaqədar
olaraq BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Xatırladaq ki, zərbələr nəticəsində 62 suriyalı
hərbçi həyatını itirib, 100-dən çoxu isə yaralanıb. /
İslamazeri