header

 Amerika sionizmin ən böyük dəstəkçisidir - HƏMAS

Amerika sionizmin ən böyük dəstəkçisidir - HƏMAS

Türk mediasına istinadən, Fələstin İslami Müqavimət Təşkilatının (HƏMAS) Siyasi bürosunun üzvü Fəthi Hammad ABŞ-ın onu əcnəbi terrorçular siyahısına alma qərarının İsrailin İordan çayının qərb sahilində Fələstin xalqına qarşı törətdiyi hücumlarını artırmasının və ABŞ-ın İsrailə sonsuz dəstək verdiyini elan etməsinin kölgəsində alındığını bildirib.



"Amerika hazırda bizi beynəlxalq terrorçular siyahısına almışdır. Ancaq ABŞ-ın özü Sionist terrorizmin ən böyük dəstəkçisidir. Belə bir təcrübə ABŞ üçün qara bir ləkədir".


 

Qeyd edək ki, ABŞ Xarici İşlər Nazirliyi dünən Həmas liderlərindən olan Fəthi Hammadı terrorçu siyahısına alıb.



HƏMAS qərarla bağlı bəyanat verərək, ABŞ-ın bu addımını təhlükəli və sionist düşmənin siyasətləri istiqamətində atılmış bir addım olaraq xarakterizə edib və əslində Sionist düşmənin Fələstin xalqına qarşı törətdiyi cinayətlərin üstünü örtəcəyini qeyd edib. / İslaminSesi

Amerika sionizmin ən böyük dəstəkçisidir - HƏMAS
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap