header

 Hüseyn mərasimləri müdafiəsinin baş katibi: Hüseyn mərasimlərilə müxalif olmaq Azərbaycan respublikası və vahabi dövlətlərin müştərək nöqtəsidir

Hüseyn mərasimlərinə müxalif olanlar Səddam Hüseynin taleyinə düçar olacaqlar

O, Azərbaycan respublikasındakı yeni qanuna və Azərbaycan dövləti və Al-Xəlifə tərəfindən Aşura nişanələrinin təxrib olunmasına  işarə edərək demişdir: Azərbaycan respublikası şiə bir ölkədə vahabi qanununu icra edir. Bunu bilmir ki, imam Hüseyn bayrağını yatırmaq istəyən hər hansı bir şəxs Səddam Hüseynin taleyinə düçar olacaqdır. Şeyx Əli Heydər bu ölkənin rəsmilərini qanuna tabe olmağa çağrmış və müsəlmanlara xitabən demişdir: Həzrət Məhəmməd və imam Hüseyn sizi Azərbaycan respublikasında, Bəhreyndə və digər məzlum ölkələrdə haqa kömək etməyə çağırır. Bu ölkələrdəki siyasi hüquq budur ki, millət qüdrət mənbəyinə çevrilməli, ölkənin idarəsi vətəndaşların sərəncamına verilməli, sərvətlər ədalətli şəkildə paylanmalı, ədalət və insaf bərqəra olmalı və ayrıseçkilik aradan qaldırılmalıdır. Şeyx Əli Heydər BMT və dünya ictimaiyyətindən istəmişdir ki, məzlum xalqların demokratiya, azadlıq, bərabərlik və ədalət istəklərinə diqqət yetirsinlər.

Hüseyn mərasimlərinə müxalif olanlar Səddam Hüseynin taleyinə düçar olacaqlar
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:14 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap