Xristian, vahabi və sionist dövlətləri İran, Azərbaycan respublikası, Rusiya vasitəsilə yaranan şimal-cənub dəhlizindən xətər duymuşlar
Posted on : Video 10/16/2017 1:00:13 PM
Sionist rejimi və Ərəbistanın Azərbaycan respublikasına müdaxiləsinin artması
Rusiya, İran və Azərbaycan respublikası rəhbərlərinin Bakıda keçirilmiş son iclası xüsusi əhəmiyyətə malikdir. Buna görə də əcnəbi mediyalar və xüsusilə İsrail və Ərəbistan mediyası bu iclası xüsusi izləmişlər. Qərb, Ərəb və sionist mediyaların təhlilindən bəlli olur ki, onlar iki mövzudan nigərandırlar:
a) Azərbaycan respublikasının İran və Rusiyaya məntiqi yaxınlaşmasından,
b)
şimal-cənub dəhlizi layihəsinin yaradılmasına dair razılıqdan. Burada həmin
informasiya vasitələrindən verilmiş neçə xəbərə diqqət yetiririk: İtalian saytı
"farin offers" bu layihədə Azərbaycan respublikasının mənafeyini nəzərə
almadan şimal – cənub dəhlizi razılığını Rusiyanın güclənməsi hesab edərək Azərbaycan
respublikasının əməkdaşlıq etməməsini istəmişdir. ABŞ stratfor araşdırmalar mərkəzi
də bir raportda şimal- cənub dəhlizinin yaranmasından nigərançılığını bildirərək
yazmışdır: " ABŞ Azərbaycan respublikasının Rusiya və İranla əlaqələrinin
sıxlaşmasına mane olmalıdır". Sionist mediyalarının bu mövzuya verdikləri
reaksiya da diqqətçəkicidir. NRG sionist saytı Azərbaycan respublikası, İran və
Rusiyanın razılaşmasından nigəran olduqlarını bildirərək yazmışdır: "üç
ölkə 7200 kilometrlik məsafəni ehtiva edən və Suez kanalı ilə rəqabət etmə
qabiliyyətinə malik olan yeni regional dəhlizin yaranması haqda razılığa
yetişmişlər. Belə bir tranzit xətti yaranarsa İran Rusiya, mərkəzi Asiya,
Hindistan, Avropa və cənubi Asiya arasında ticarət yolları yaranacaq ki, Suez kanalı
ilə müqayisədə əmtəə ixracının həm xərci, həm də zamanı azalacaqdır. Belə bir təşəbbüsün əhəmiyyəti İran, Rusiya və
Azərbaycan ölkələrinin manovr qüdrətinin artması nəticələrində S. Ərəbistanı,
Misir və İsrailin təsirə məruz qalması baş verəcəkdir. Belə bir əlaqə xəttindən
yalnız Rusiya üçün əldə edilən gəlir zö növbəsində çox əhəmiyyətli olacaqdır.
Artıq İran və Azərbaycan respublikası ilə daha güclü münasibəti düşünən Kreml
Əsədin Suriyadakı mövqeyinin daha da möhkəmlənməsi fikrində olacaqdır ki, Tehranı
da dəhliz planında iştiraka rəğbətləndirsin. Moskva- Tehran əlaqəsi, nəticə
etibarı ilə isə Əsədin siyasi qdrətinin çoxalması və bu prosesdə Azərbaycan
respublikasının rolunun artması ilə Orşəlimin qarşısında yeni problemlərin
yaranması Azərbaycan – İsrail əlaqəsini sınağa məruz qoyur. Azərbaycan
respublikası öz müstəqilliyini əldə etdikdən etibarən, Heydər Əliyevin və öğlu
İlham Əliyevin 2003-cü ildən başlanan rəhbərliyi altında İsraillə sıx iqtisadi
və siyasi əlaqədə olmuşdur". Sayt öz məqaləsinin sonunda bu rejimin Xəzər
sahillərindəki təhlükəsizlik məmurlarına və Azərbaycan respublikası ərazisindən
İrana qarşı təxribatlarına işarə edərək yazır: "İsraillə Azərbaycan
respublikası arasında sıx əlaqənin mövcudluğu Tehran-Bakı əlaqələrində müəyyən
problemlərə səbəb olmuşdur: 2012-ci ildə İran iddia etdi ki, sionist amilləri
iki ölkənin əlaqələrini təxrib etməyə çalışır. Buna görə də səfirini Azərbaycandan
geri çağırdı. Azərbaycan-İran əlaqələrini bərpa etmə səyləri Urşəlimin xeyrinə
qurtarmayacaq və belə bir qənaətə gəlmək olar ki, İsrail belə bir dəyişikliyin
ehtimali xərclərini yoxlayacaq".
Qərb sionist müdaxilələrinin davamında Ərəbistanın dövlət
saytı da Azərbaycan respublikasının daxili işlərinə müdaxilə edərək tövsiyə
edir ki, bu ölkənin rəsmiləri Rusiya və İranın Azərbaycana ayaq açmasına yol
verməməlidir. Sayt davam etdirir: Azərbaycan cari ilin əvvəllərində yaranmış
imkandan layiqincə istifadə edib Azərbaycan respublikası, Rusiya və İran
prezidentlərinin Bakı görüşünü təşkil etməklə öz qabiliyyətini nümayiş etdirdi.
Görüşün ənənəvi proqramları terrorçuluğa qarşı mübarizə, Qrabağ problemi və Xəzərin
statusu olsa da bu dəfə Qarabağ deyil şimal – cənub dəhlizi müzakirə mövzusunun
başında dururdu.