header

 ABŞ-dan ilk dəfə Bağdadi etirafı

ABŞ-dan ilk dəfə Bağdadi etirafı

İŞİD terror təşkilatının özünü xəlifə elan edən lideri Əbu Bəkr Bağdadinin bir vaxtlar ABŞ-ın İraqdakı Bucca bazasında tutulduğu, hətta təşkilatın rəhbər heyətinin burada tanış olduğuna yönəlik iddialar daha əvvəl mətbuatda yayımlanmışdı.

 

Ancaq "The Intercept"in xəbərinə görə, Bağdadi Bucca bazasına göndərilməmişdən əvvəl 2014-cü ilin fevral-oktyabr tarixləri arasında İraqın ən təhlükəsiz həbsxanası adlandırılan Əbu Qureybdə saxlanılıb. FaktXəbər-in məlumatına görə, bu bürədə danışan ABŞ-ın ordu sözçüsü Troy A.Rolan Bağdadiyə verilən məhbus nömrəsinin 157 ilə başladığını və bu nömrənin Əbu Qureybdəki məhkumlar üçün istifadə edildiyinin bildirib.

 

Xəbərdə Bağdadinin 13 oktyabrda bir çox məhbus yoldaşıyla birlikdə Bucca bazasına nəql edildiyi və 9 dekabrda azad olunduğu bildirilir.

 

Qeyd edək ki, Əbu Qureyb həbsxanasını dedikdə həm də ABŞ əsgərlərinin məhbuslarla necə qəddarcasına davrandığını da özündə əks etdirən görüntülər yada düşür.

ABŞ-dan ilk dəfə Bağdadi etirafı
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap