Nardaran məhbusları ekspertizadan keçiriləcək
Posted on : Digər sahələr 10/16/2017 1:00:13 PM
Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə, hərəkatın 16 üzvü və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
Məhkəmədə təqsirləndirilən
Abbas Hüseynov hakimdən şikayət edib.
A.Hüseynov
hakimə şahidləri istiqamətləndirən suallar verdiyini deyərək ondan məhkəmə rəhbərliyinə
şikayət edəcəyini deyib. Hakim Əlövsət Abbasov onun şikayətini məhkəmə rəhbərliyinə
çatdırılacağını deyib.
Prosesin
davamında vəkillər hüquqlarını müdafiə etdikləri şəxslərə işgəncələr
verildiyini deyərək, bunun üçün tibbi ekspertizanın keçirilməsini istəyiblər.
Təqsirləndirilən
Şamil Abduləliyevin vəkili isə vəsatət qaldıraraq əməliyyat zamanı müvəkkilinin
bədənində olan güllələrin çıxarılmasını istəyib: "Əməliyyat keçiriləndən
bu vaxta qədər onun bədənində güllələr qalıb. Müvəkkilim müayinə edilsin və bədənindəki
gülələr çıxarılsın"
Dövlət
ittihamçısı vəsatətlərin təmin edilməməsini istəyib. Ancaq məhkəmə heyyəti vəsatətləri
təmin edildiyini açıqlayıb.
Prosesin
davamında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə İdarəsinin əməliyyat müvəkki Elçin Tağıyev sualları cavablandırıb.
İlk sual
Nardaranda keçirilən əməliyyat zamanı polislərdən birinin qoruyucu gödəkçə
geyindiyi halda necə yaralanması haqda olub.
E.Tağıyev
özünün qoruyucu gödəkçə geyindiyini digərləri barədə dəqiq məlumatının
olmadığını deyib. O, həmçinin qumbaradan istifadə etmədiyini də söyləyib.
E.Tağıyev digər
sualları da cavablandırıb.
Məhkəmə
prosesində 14:00-dan fasilə elan edilib.(musavat.com)