header

 Türkiyənin istəyilə Ərdoğan-Əsəd barışığı üçün qapalı danışıqlar başlayıb

Türkiyənin istəyilə Ərdoğan-Əsəd barışığı üçün qapalı danışıqlar başlayıb

Rəsmi Tehranın vasitəçiliyi ilə rəsmi Ankara və Dəməşq arasında birbaşa danışıqların başladığı iddia edilir. Səudiyyə mənşəli KİV Türkiyənin İran vasitəsilə Suriya hökumətiylə əlaqə qurduğu bildirilir.  

 

Səudiyyənin Şərqul-Ovsat qəzeti Ankara və Tehrandakı mənbələrinə istinadən belə bir xəbər yayıb. Xəbərdə Türkiyənin İran vasitəsilə Suriya ilə qapalı müzakirələrə başladığı vurğulanır.  

 

Qeyd edək ki, qəzet Səudiyyənin maliyyə dəstəyilə Londonda nəşr olunur.  

 

Xəbərdə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Suriya prezidenti Bəşər Əsədin barışdırılması üçün Türkiyə rəsmilərinin suriyalı həmkarları ilə məxfi danışıqlar apardığı deyilir. Danışıqların rəsmi Ankaranın Suriya siyasətində ciddi dəyişiklik anlamına gəldiyi ifadə edilir.  

 

Türkiyə tərəfindən danışıqları təqaüdçü general İsmail Hakkı Pekinin aparır. Onun Türkiyə ilə Suriya arasında 1998-ci ildə əldə edilən Adana sazişinə nəzarət edən şəxs olduğunu qeyd edilir.  

 

Qəzet, Türkiyə və Suriya hökuməti arasında yaxınlaşma olduğunu bildirməklə "NTV"yə istinad etdiyi bir xəbərdə Türkiyə baş nazirinin müavini Numan Kurtulmuşun "sülh müzakirələri üçün Ankaranın Bəşər Əsədin nümayəndələri ilə görüşməkdə heç bir narahatlıq görmədiyini" açıqlamasını da sitat gətirib.  / Eastnews

Türkiyənin istəyilə Ərdoğan-Əsəd barışığı üçün qapalı danışıqlar başlayıb
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap