İslam dini İsveçrədə rəsmi din elan edilə bilər
Posted on : Digər sahələr 10/16/2017 1:00:13 PM
İslam dini İsveçrədə rəsmi din elan edilə bilər
İsveçrədə Sosial Demokrat Partiyasının sədri Kristian
Levrat İslamın rəsmi din olaraq
tanınmasını istəyib. Yerli SonntagsZeitung qəzetinə açıqlama verən partiya
lideri bu qanunun qəbul olunması və Konstitusiyada qeyd edilməsi barədə müzakirələrin
vacibliyindən danışıb.
İslamın rəsmi
din olaraq tanınacağı təqdirdə, din adamlarının təhsilinin və maliyyəsinin İsveçrə tərəfindən qarşılanacağı, xarici,
yaxud radikal çevrələrə buraxılmayacağını vurğulayan Levrat «İsveçrəyə xas İslam din ola bilərmi? Bunu müzakirə etməliyik»,
- deyib.
Yerli «20
minuten» qəzeti «İsveçrədə İslam rəsmi din olmalıdırmı?», - deyə sorğu keçirib.