Rafiq Əliyev: 'Gülençilərdən çox, turizmin ərəbləşməsindən narahatam'
Posted on : qafqaz 10/16/2017 1:00:13 PM
Bu gün Azərbaycan İŞİD-in (İraq və Suriyada qanlı terror əməlləri ilə məşhur olan İslam Dövləti silahlı qruplaşması - red.) hədəfindədir
“Mən Azərbaycanda Gülençilərdən çox,
turizmin ərəbləşməsindən narahatam. Bu gün Azərbaycan İŞİD-in (İraq və Suriyada
qanlı terror əməlləri ilə məşhur olan İslam Dövləti silahlı qruplaşması - red.)
hədəfindədir”. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri
Rafiq Əliyev AzadlıqRadiosuna müsahibədə belə deyib.
O, Gülençilərin Azərbaycanda təşkilatlandığını,
hətta hakimiyyət olimpində onlara yardım edənlərin olduğunu da söyləyir
– Nurçuluq Said
Nursi-dən başlayır, Atatürkün, dünyəvi türk dövlətinin əleyhinə yaradılmışdı.
Nursi-nin ölümündən sonra bu işi Türkiyənin kənarına çıxardılar, 163 ölkədə
kiçik qrupları var.
Onlar Azərbaycanda
1992-ci ildən yayılmağa başladılar. Bakı Dövlət Universitetində ilahiyyat
fakültəsi yaradıldı. Universitet dövlət müəssisəsi idi və burda dini fakültə
yaradılması Konstitusiyaya zidd idi. Amma prezident Əbülfəz Elçibəy razılıq
vermişdi.
Bundan sonra
Fethullah Gülen Nursi-nin ən böyük arzusunu – universitet yaratmaq arzusunu
yerinə yetirdi. Gülen bu arzunu başqa ölkədə yox, Azərbaycanda reallaşdırdı,
Qafqaz universitetini, sonra liseylər şəbəkəsini yaratdı və 17 lisey fəaliyyətə
başladı, onların heç biri Təhsil Nazirliyinə tabe deyildi.
Həqiqətən,
verdikləri dərs, elm çox güclüydü. Uşaqlar bunun arxasında hakimiyyətə gəlmək
niyyətinin durduğunu əvvəlcədən bilmirdiər. Onları universitetlərə, oxuyub
qurtarandan sonra dövlət müəssisələrinə yerləşdirirdilər. Türkiyədəki sistemı
qısa vaxtda burda da yaratdılar.
Mən hələ
2002-ci ildə bu liseylərin bağlanmalı olduğunu yazmışdım. Onların sakit fəaliyyətinə
uymaq olmaz, son məqsədləri hakimiyyətə gəlməkdir, amma heç bir qan tökmədən,
inqilabsız.
– Gülençilər Azərbaycan
üçün nə qədər təhlükəlidir? Bugünlərdə hüquq-mühafizə orqanları onlarla bağlı
cinayət işi açıldığını bəyan etsə də, detallar açıqlanmır.
– Bu gün
Gülençilərdən Azərbaycana təhlükə gözləmirəm, mən bu təhlükəni İŞİD-dən gözləyirəm
və bunu görürəm.
– İŞİD təhlükəsinə
qayıdarıq. Gülençilərlə bağlı dövlət necə davranmalıdır? Burda öz şəbəkəsini
quran Gülençiləri Türkiyədəki kimi kütləvi şəkildə işdən uzaqlaşdırmaq doğru
addımdırmı?
– Gülençilər
yüksək ixtisas sahibidirlər, həm əqli, həm xarici baxımdan yaxşı işçidirlər,
onlara tələb çoxdur. İkincisi, onların burda himayədarları var, geniş fəaliyyətə
cəlb edənlər var, ona görə işdən çıxarılmaq, qovmaq lazım olduğunu düşünmürəm.
Türkiyə variantı burda təkrarlana bilməz, çünki yetərincə bazaları yoxdur.
– Rafiq bəy, onların
himayədarların olduğunu deyirsiniz, Azərbaycan hakimiyyətinin olimpində
Gülençilərə dəstək verən varmı?
– (Gülür) Mən
onu dəqiq bilmirəm. Amma onu bilirəm ki, yaxşı işə düzəlirlərsə, deməli, himayədarları
var. Himayədarlar kiçik adamlar deyillər, söz sahibidirlər.
– Amma rəsmi təbliğatda
Gülençilər müxalifət sırasında axtarılır.
– Hakimiyyətə gəlmək
iddiası olan adamları həmişə işbirliyində görmək rahatdır. İkincisi, Leninin
bir sözü vardı: “İnqilabın qələbə çalması üçün şeytanla da dostluq edə bilərəm”.
Ona görə müxalifətçilərin Gülençilərlə əlaqəsi ola bilər və bu normaldır.
Mübarizənin formasıdır.
– Qayıdaq İŞİD təhlükəsinə.
Dediniz ki, əsas təhlükəni onlardan gözləyirsiniz. Bu narahatlıq haradan
qaynaqlanır?
– Son iki ayda
Yaxin Şərqdən, xüsusən də İraqdan, Suriyadan gələn turistlərin sayı həddən
çoxdur. Hətta bunu turizmin ərəbləşməsi kimi qiymətləndirirəm.
Ərəblərin sayı
turistlərin 40-50 faizini təşkil edir. Gələnlər də 7-8 nəfərlik qrplardır.
Aralarında bir yaşlı kişi, ya qadın olur, qalanları cavanlardır, başları da
bağlı.
Mən ərəbşünasam.
Bunlar ərəbcə danışanda başa düşürsən ki, onlar Azərbaycanın bölgələrinə gələn ərəb
turistlərlə danışır, məlumat alırlar. Bunların hamısının bir-biri ilə ciddi əlaqəsi
var. Mehmanxana ətrafında fırlananda bu söhbətləri eşidirsən. Bu da məni təşvişə
salır.
Mehmanxanalarda
təhlükəsizlik tədbiri görülmür, baqajları yoxlanılmır. O gün birinin baqajında
7-8 boru gördüm. Bu, nəyə lazımdır ki?