2016-cı il vahabiliyin və yəhudiliyin Azərbaycab respublikasında gücləndirilməsi ilidir
Posted on : Video 10/16/2017 1:00:11 PM
2016-cı ildə xalqın kimliyi problemlə rastlaşdırılmışdır
2016-cı il
Azərbaycab respublikası prezidentinin dini tolerantlıq və multikulturalizm ili
adlandırılmışdır ki, zahiri gözəlliyinə rəğmən məlum olmuşdur ki, bu oyunun
yeganə uduzanı Azərbaycab respublikasının şiə xalqıdır. Son neçə ayda baş verən
sosial-mədəni və hətta siyasi hadisələr bu vəziyyəti aydınca göstərir. Əslində
isə Azərbaycab respublikasının şiə əhalisi 2016-cı ilin multikultural ili
adlandırılması ucbatından çoxlu xəsarət görmüşlər ki, onlardan bəzisinə işarə
edirik:
1) multikulturalizm nəticəsində işğalçı rejimə
xüsusi bağlılığı olan bahai və vahabilik sionist rejimin mövqeyinin bu ölkədə
möhkəmlənməsi üçün xüsusi dəstək alırlar. Qeyd edək ki, İsrailin bu və ya digər
rəsmiləri yeri gəldikdə 2016-cı ilin multikultural ili adlandırılmasını
alqışlamışlar.
2) Azərbaycab
respublikası xalqının islami-azəri kimliyi ilə qarşılaşmaq
"multikulturalizm"in nəticələrindəndir. Hərgün dövlət rəsmiləri
multikulturalizm ili bəhanəsilə şiələr üçün əhəmiyyətli olan Qədir gecəsi və həzrət
Əlinin şəhadəti gecəsi kimi gecələrdə çalıb oxumaqla məşğul olur və tədricən və
yumşaqlıqla müqəddəsləri təhqir etməyin pisliyini aradan qaldırır və şərm-həyanı
kənarlaşdırırlar. Elədir! Multikulturalizm ili bəhanəsilə dövlət adamlarının təşəbbüslərini
düşünərkən belə bir qənaətə gəlirik ki, Azərbaycan respublikası xalqının şiə-azəri
kimliyi qabarıq şəkildə nəzərdən yayındırılmışdır.
Qarşıya belə suallar çıxır:
a) görəsən multikulturalizm ilində Azərbaycab
respublikası şiələrinin kimliyi nəzərə çarpmamalıdırmı?
B) nüfusunun 85 faizini şiələr təşkil edən bir
ölkədə "məhdəvilik", "Aşura", "əhlibeyt həyat tərzi"
və s., biz azərilərin əsl kimliyi diqqət mərkəzində olmamalıdırmı?
C) şiə mədəniyyəti mütərəqqi, ali və humanitar
bir mədəniyyətdir, heç bir boşluğu və çatışmazlığı yoxdur, dünya və axirət səadətinə
zəmanət verir. Buna görə də bir çoxlarının fikrincə Azərbaycanı hədələyən sələfçilik,
vahabilik və digər azmış təriqətlərin təhdidlərini boşa çıxarmaq üçün xalqı öz əsl
mədəniyyəti olan xalis Məhəmməd (s) islamı ilə tanış etmək lazım deyildirmi? Azərbaycan
respublikası dövlət adamlarının mədəni-sosial fəaliyyətlərinin neçə faizi
doğrudan da şiələrinin doğma inamının gücləndirməsinə sərf olunur?
D) görəsən mədəniyyət təkcə oynayıb oxumaq və
digər pozğun mərasimlərin keçirilməsi deməkdirmi? Azərbaycan respublikası dövləti
üçün mədəniyyət hansı məfhumu daşıyır?
Beləliklə məlum olur ki, multikultural ili
adına görülən işlərin nəticəsi Azərbaycan respublikası əhalisini öz əsl mədəniyyətinə
yadlaşdırmaq, azmış qrupların, o cümlədən vahabi və yəhudiliyin mənafeyini təmin
etməkdən başqa olmamışdır.