header

 Azərbaycanlıların Suriyaya keçidi davam edir

Türkiyə hökuməti ilə rəsmi Bakı arasında razılaşmadan sonra Suriya sərhədlərində bir neçə azərbaycanlı həbs edilib geri qaytarılsa da, proses davam edir

Səudiyyə Ərəbistanında kralın əmri ilə ölkə xaricində döyüşməyə getdikləri üçün 11 nəfərə 4-18 il arası həbs cəzası verilib. Bu barədə ANS Səudiyyə Ərəbistanın rəsmi xəbər agentliyi “SPA”-ya istinadən xəbər verib.
 
Kralın əmrlərinə qarşı çıxaraq müharibə fitnəsi olan ölkələrə getmək, “Əl-Qaidə”yə qatılaraq müxtəlif düşərgələrdə silah istifadə etməyi öyrənmək, partladıcı vasitələr haqqında müəyyən biliklər əldə etmək, sui-qəsd məqsədilə özünü öldürmək və insanları aldadaraq qarşıdurmaların baş verdiyi qaynar nöqtələrə aparmaq kimi hərəkətlər ölkə hökuməti tərəfindən cəzasız qalmır. 
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı hökuməti yalnız bu ilin əvvəlində Suriyada qeyri-rəsmi silahlı birləşmələrə qatılaraq savaşlarda iştirak edənlərə qarşı həbs cəzasını nəzərdə tutan qanun qəbul edib. Qanuna əsasən xaricdə, xüsusən də Suriyada savaşa qatılan ölkə vətəndaşları 18 ilə qədər həbs cəzası ala bilər. Onu da qeyd edək ki, Suriyada hökumətə qarşı savaşın ilk vaxtlarında Səudiyyə müftiləri B.Əsədə qarşı “cihad” fətvası versələr də, sonradan bu mövqe dəyişib. Xüsusən də Suriyada sayları sürətlə artan radikal islamçı qruplaşmaların törətdiyi vəhşiliklər, Suriya ilə yanaşı, digər ərəb ölkələri üçün təhdidə çevrilmələri ər-Riyadın geri addım atmasına səbəb olub. 
 
Yeri gəlmişkən, bu ilin əvvəlində Azərbaycan hakimiyyəti də analoji addım atıb. Cinayət Məcəlləsinə dəyişiklik edilib və xarici ölkələrdə qeyri-qanuni birləşmələrdə döyüşlərə qatılanlara həbs cəzası nəzərdə tutan maddə əlavə olunub. Ancaq buna baxmayaraq ötən müddətdə Suriyada savaşa qatılan Azərbaycan vətəndaşlarının sayları azalmayıb. Bir neçə ay əvvəl deputat Aytən Mustafayeva azərbaycanlıların Suriyaya Türkiyə üzərindən getdiyini bildirmişdi. Sitat: “Onlar Türkiyə vasitəsilə Suriyaya keçirlər. Həmin adamlara pul verənlər, özləri onları Suriyaya keçirir. Əgər Türkiyə tərəfi həmin vətəndaşlarımızı tutsa, o zaman bu, səs-səda doğurar. Ancaq ilk növbədə Azərbaycanın hüquq-mühafizə orqanları, o cümlədən kəşfiyyat bunun qarşısını almalıdır. Bizim kəşfiyyat onlar barəsində hələ Türkiyəyə çatmamış tədbirlər görməlidir, bütün planlarını bilməlidir”. 
 
Qeyd edək ki, bir qədər əvvəl Türkiyə polisi sərhədi pozaraq Suriyaya keçmək istəyən bir neçə Azərbaycan vətəndaşını həbs edərək geri qaytarmışdı. Həmin vaxt gələn xəbərlərdə Türkiyə hökuməti ilə rəsmi Bakı arasında əldə olunmuş gizli razılaşmaya əsasən bu addımların atıldığı, Suriyaya gedənlərin geri qaytarıldığı bildirilirdi. Halbuki daha əvvəl bu məsələ ilə bağlı iki ölkə arasında müəyyən narazılıqların olması ilə bağlı xəbərlər yayılmışdı. Çünki gələn xəbərlərə görə, Azərbaycan hökuməti Ankaranın azərbaycanlıların Suriyaya rahat şəkildə keçməsinə şərait yaratmasından narazı idi. 
 
Hətta o zaman bizə gələn məlumatlarda Türkiyə hökumətinin Azərbaycan xüsusi xidmətlərinin və valideynlərin Suriyadakı savaşçıları geri qaytarmaq cəhdlərinə, yumşaq deyilsə, “həvəssiz” yanaşdığı bildirilirdi. Bu ilin əvvəlində mövzu ilə bağlı modern.az saytına açıqlama verən Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Elsevər Salmanlı bildirib ki, Türkiyədən Suriyaya keçmək istəyən Azərbaycan vətəndaşlarına qarşı mübarizəyə başlanılıb və bununla bağlı Türkiyənin xarici işlər nazirinə müraciət olunub. Sitat: “Üç ay öncə Türkiyənin müxtəlif yüksək vəzifəli şəxslərinə bununla bağlı öz
etirazlarımızı bildirmişik. Hətta Əhməd Davudoğlu Bakıda olarkən ona da lazımi qaydada bildirildi ki, Azərbaycan vətəndaşlarının Suriyaya getməsinin qarşısı alınsın”. 
 
Sonradan bir neçə dəfə Türkiyə təhlükəsizlik orqanlarının Suriyaya keçən azərbaycanlıların qarşısını alaraq onları həbs edib geri göndərməsi onu göstərir ki, Bakı ilə Ankara arasında müəyyən razılaşmalar olub. Ancaq bu razılaşmanın nə qədər möhkəm olması, Türkiyə xüsusi xidmətlərinin bu məsələyə nə qədər həvəsli yanaşması dəqiq bilinmir. Bilinən odur ki, Azərbaycandan Suriyaya gedənlər hələ də var. Bu insanların bir çoxu bir qayda olaraq Azərbaycandan (bir qisim azərbaycanlılar Suriyaya Rusiyadan gedir – K.) Türkiyəyə, oradan da sərhəd bölgələrindən Suriyaya keçirlər. Doğrudur, bir sıra mənbələrin iddialarına görə, bu adamların Suriyaya getməsini təşkil edən xüsusi qruplar var.
 
Ancaq hələlik hüquq-mühafizə orqanları bu cür qrupları aşkara çıxarmayıb. Azərbaycandan Türkiyəyə gediş-gəliş çox olduğu üçün ölkə vətəndaşlarından hansıların  Suriyaya getməsini Suriyaya keçəcəyini əvvəlcədən aydınlaşdırmaq çətindir. Bu işdə əsas köməkçi vasitə məhz Türkiyə təhlükəsizlik orqanlarıdır. Türkiyə hüquq-mühafizə orqanları azərbaycanlıların Suriyaya keçidinin qarşısını ala bilər. Ancaq görünür ki, Ankaranın Suriya ilə bağlı siyasi kursu davam etdiyindən hələlik sərhədləri tamamilə bağlamaq mümkün deyil. Bu isə istər-istəməz digər xalqların nümayəndələri ilə birlikdə azərbaycanlıların da Suriyaya keçidinə imkan yaradır.
 
 
Türkiyə hökuməti ilə rəsmi Bakı arasında razılaşmadan sonra Suriya sərhədlərində bir neçə azərbaycanlı həbs edilib geri qaytarılsa da, proses davam edir
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap