header

 Kəbə imamı Sudeysidən qalmaqallı sözlər: Allaha həmd olsun ki, Amerika ilə birlikdə dünyanı idarə edirik - VİDEO

İslam aləminin ən böyük ziyarətgahı olan Kəbənin imamı vəzifəsini icra edən Əbdürrəhman Sudeysi qalmaqallı bəyanat səsləndirib.

İslam Aləmi Birliyinin təşkil etdiyi konfransda iştirak etmək üçün Nyu-Yorka gedən Məscidi-Həram və Peyğəmbər Məscidinin imamı Əbdürrəhman əs-Sudeysinin Səudiyyə Ərəbistanının "Əl-İhbariyyə" kanalına açıqlaması xüsusilə sosial şəbəkədə geniş etiraza səbəb olub. Sudeysi, "bu gün Səudiyyə Ərəbistanı və ABŞ dünyanın iki qütbüdür. Allaha həmd olsun ki, dünyanı birlikdə idarə edirlər", - deyib.

 

Səudiyyə Ərəbistanı və Amerikanın dünyada təhlükəsizliyin və sabitliyin mərkəzi olduğunu bildirən Sudeysi Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz və Amerika prezidenti Donald Trumpa da dua etməyi unutmayıb.

 

O, çıxışının sonunda Səudiyyə Ərəbistanı kralına və ABŞ prezidentinə bəşəriyyət üçün atacaqları addımlarda uğurlar arzulayıb.

 

Qeyd edək ki, 2001-ci ildə ABŞ-da baş verən 11 sentyabr terror hadisələrində Mərkəzi Kəşfiyyat İdarəsi terrorçuların maliyyələşməsində və idarə olunmasında Səudiyyəni günahlandırmışdı. Sözügedən hadisədən sonra ABŞ-ın başlatdığı "terrorizmlə mübarizə tədbirləri" nəticəsində 100 minlərlə dinc sakin öldürüldü, ölkələr xarabazarlığa çevrildi. Son olaraq Suriya və İraqda baş verən hadisələrdə də İŞİD kimi terror şəbəkələrinin Səudiyyə tərəfindən maliyyələşdirildiyi və ABŞ tərəfindən dəstəkləndiyi ortaya çıxdı./ FaktXəbər

İslam aləminin ən böyük ziyarətgahı olan Kəbənin imamı vəzifəsini icra edən Əbdürrəhman Sudeysi qalmaqallı bəyanat səsləndirib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:34 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap