10 milyon yəmənli uşaq humanitar yardıma möhtacdır
Posted on : Digər sahələr 10/16/2017 1:00:34 PM
10 milyon yəmənli uşaq humanitar yardıma möhtacdır
Səud rejiminin
Yəmənə hücumuna görə, bu ölkədə başda uşaqlar olmaqla, milyonlarla
insanın təcili humanitar yardıma ehtiyacı var. FaktXeber.com-un verdiyi məlumata
görə, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə İdarəsi (OCHA)
hesabat yayıb.
Sənəddə deyilir
ki, ümumilikdə 21 milyon yəmənlinin yardıma möhtacdır. Bunlardan 10 milyonuna həyatda
qala bilmək üçün təcili kömək edilməlidir.
Hesabata görə,
Səud rejiminin Yəmənə qarşı təcavüzündə ən çox müdafiəsiz mülki vətəndaşlar və
uşaqlar zərər görür. Uşaqların çoxu yetərsiz bəslənmədən və yoluxucu xəstəliklərdən
əziyyət çəkir, yüzlərlə uşaq da hücumlarda həyatlarını itirib.