Sepah “Bombaların Atası” adlı 10 tonluq bombaya malik olduğunu deyib
Posted on : Digər sahələr 10/16/2017 1:00:34 PM
Sepah “Bombaların Atası” adlı 10 tonluq bombaya malik olduğunu deyib
TasnimNews-a
istinadən bu barədə İslam İnqilabı Keşikçilər
Korpusunun Hava Qüvvələrinin komandanı general-mayor Əmir Hacızadı məlumat
verib.
O bildirib ki,
İran 10 tonluq bomba istehsal edib və adını “Bombaların Atası” qoyub. Sepah
generalı bildirib ki Amerikanın “Bombaların Anası" var, bizdə də
"Bombaların Atası" var və bu bombalar İlyuşin (İl-76) təyyarələrindən
atılır.
Əmir Hacızadı
bu çıxışında daha bir maraqlı və qalmaqallı məqama toxunub . O bildirib ki,
Sepah qüvvələri ABŞ-ın bölgədəki mərkəzlərinə sıza biliblər və bu ölkənin İraq
və Suriyada İŞİD-i dəstəkləməsi barədə mühüm məlumatlar və sənədlər əldə ediblər.
Sepah generalı
bu məlumatların və sənədlərin yayımlanacağını deyib./ İslaminSesi.info