Rohingya böhranı: Dinc sakinlər minaya düşərək şil-küt olublar
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
BBC Myanmada zorakılıqdan qaçarkən minalı ərazilərə düşüb sarsıdıcı xəsarətlər alan Rohingya müsəlmanları ilə danışıb.
Onlardan biri,
Banqladeşdə müalicə olunan 15 yaşlı oğlan iki ayağını itirib.
Eyni xəstəxanada
qalan başqa bir qadın deyib ki, o və ailəsi də bilmədən minalı əraziyə düşüblər.
Minaları kimin yerləşdirdiyi aydın deyil.
Son həftələrdə
Myanmadan (Birma) 300 mindən çox Rohingyalı qaçıb. Ordu orada dinc əhalini hədəfə
aldığını təkzib edir.
Bazar günü
Amnesty International insan hüquqları qrupu Myanma hakimiyyətini
rohingyalıların qaçdığı sərhəd məntəqələrində piyadalar əleyhinə minalar yerləşdirməkdə
ittiham edib.
Myanmanın bir hərbçisi
Reuters-ə bildirib ki, minalar 1990-cı illərdə sərhəd boyunca yerləşdirilib və
həmin vaxtdan ordu onları zərərsizləşdirməyə cəhd göstərib. Mənbə həmçinin əlavə
edib ki, son günlər həmin ərazilərdə heç bir mina yerləşdirilməyib.
BBC-nin ziyarət
etdiyi xəstəxanada minaya düşən insanların müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya
axını müşahidə olunur, həkimlər deyirlər.
Azizu Hak adlı
15 yaşlı oğlan ayaqlarını itirib. Başqa bir xəstəxanada onun qardaşı da eyni
aqibətlə üzləşib, onun anası deyir.
"Onların zədələri
o qədər pisdir ki, sanki ölüblər", o, BBC-yə bildirib: "Yaxşısı budur
ki, Tanrı [Allah] onları götürsün, onlar çox əziyyət çəkirlər".
Sabequr Nahar
adlı başqa bir yaralı qadın deyir ki, hərbi qüvvələr onun icmasını hədəflədiyi
üçün Myanmadan qaçıblar və övladları ilə sərhədi keçərkən minanı tapdalayıb.
"Bizə güllə
atıblar, vurublar və ərazilərə mina yerləşdiriblər", 50 yaşlı qadın
bildirib. / Maide.Az