Suriyada Amerikanın dəstəklədiyi iki qruplaşma bölgələrini tərk edirlər
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
Suriya səhrasında (İordaniya sərhəd zolağı) faliyyət göstərən və ABŞ-ın birbaşa dəstək verdiyi iki qruplaşma ərazilərini tərk edirlər.
Bu barədə əl-İlam
əl-Hərbi media qurumuna istinadla xəbər verir.
Mənbə bildirib
ki, “Usuduş-Şərqiyyə” və “Əhməd-Əbdu Qüvvələri”nin Suriya səhrasında
çıxması İordaniya-Rusiya anlaşması çərçivəsində baş tutub.
Əlavə edilib
ki, artıq bu iki qruplaşmanın Suriya səhrasındakı mövqeləri tərk etməsi
başlayıb və onlar İordaniya ərazilərinə istiqamətdə geri dönəcəklər və sonra ərazilərə
Suriya hökuməti qüvvələri nəzarət edəcək.
Qeyd edək ki,
Ağ Ev ötən ay, Suriyada qruplaşmalara hərbi yardımların verilməsinin
dayandırılması haqda qərar vermişdi. Bundan sonra ABŞ-ın koalisiyasından
sözügedən iki qruplaşmaya onlara yardım edilməyəcəklərilə bağlı mesajlar göndərilmişdi./
İslaminSesi.info