header

 Myanma müsəlmanlarının soyqırımına dünya səviyyəsində reaksiya-Reportaj

Müxtəlif beynəlxalq təşkilatlar və onların rəsmiləri Myanma müsəlmanları əleyihə soyqırımı pisləyiblər. Müxtəlif ölkələrdə də vətəndaşlar Myanmada müsəlmanlar əleyhinə baş verən cinayətlərə etiraz ediblər.

BMT baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasına məktub ünvanlayaraq Ruhingiya müsəlmanlarının qırğın edilməsindən nigaranlıq edib və onu insan faciəsi adlandırıb.

 

Bundan öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Myanma rəsmilərini ruhingiyalı müsəlmanları qətliam etməkdə suçlamışdı.

 

İslam Əməkdaşlıq Təşkilatına bağlı İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatı ISESKO da çərşənbə axşamı günü Norveç Nobel Mükafatı Komitəsindən istəyib ki, Myanmanın əsas idarəçisi və dövlətin baş müşaviri Anq Sanq Suçidən Nobel Sülh Mükafatını dərhal geri alsın.

 

Press TV-nin məlumatına görə, BMT-nin Miqrasiya üzrə Beynəlxalq Təşkilatının sözçüsü Leonard Duil də deyib: Myanma müsəlmanlarının əksəriyyəti müvəqqəti sığınacaqlarda və yemək olmadan acınacaqlı durumda yaşayır.

 

Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü əlavə edib: Myanma müsəlmanlarının çoxu fiziki, ruhi problemlər, cinsi zorakılıqla üzləşmişdir.

 

Britaniya İslam İnsan Haqları Komissiyası çərşənbə axşamı günü Myanmada müsəlmanların durumundan nigaranlıq edərək dünya ictimaiyyətinin ruhingiyalı müsəlmanlara dəstək verməsini istəyib.

 

Misirin Beynəlxalq Fitva Heyətinin baş katibi İbrahim Nəcm də beynəlxalq ictimaiyyət və insan haqları iddiasında olan təşkilatların ruhingiyalı müsəlmanların soyqırımının davam etməsi qarşısındakı sükutunu qınayıb və ərəb-islam ölkələrinin bütün mümkün vasitələrdən istifadə edərək Myanma dövlətinə təzyiqin göstərilməsi və müsəlmanların qırğın edilməsinin dayandırılmasını istəyib.

 

Kanada baş naziri Justin Trodo indiyə qədər minlərlə nəfərin qaçması ilə nəticələnən Myanmada ruhingiyalı müsəlmanlar əleyhinə güclü təzyiqlərin davam etməsi haqda nigaranlıq edərək bu hücumlar qarşısında sivillərin müdafiə olunmasını istəyib.

 

Amma Myanma xarici işlər naziri və hökumətin müşaviri Anq San Suçi Ruhingiya müsəlmanlarının qırğını qarşısında sükut edərək Raxin əyalətinin vəziyyəti haqda yanlış məlumatlar yaydığına görə radikalları tənqid edib.

 

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Anq San Suçi Ruhingiya yaraqlılarını müsəlmanların evlərini yandıran və sivilləri qətliam edən əsas tərəf adlandırıb. Halbki insan haqları müşahidəçilərinin və Raxin əyalətindən qaçan müsəlmanlar bu qənaətdədirlər ki, Myanma ordusu evləri yandırmaqla və qırğınlar törətməklə müsəlmanları qaçmağa məcbur edirlər.

 

Təsnimin məlumatına görə, Ruhingiya müsəlmanları əleyhinə zorakılıqlara etiraz edən minlərlə indoneziyalı müsəlman Cakarta şəhərində Myanma səfirliyinə qədər yürüş təşkil edərək Myanma ordusu və radikalları tərəfindən müsəlmanların incidilməsinə nifrət və etirazlarını bildiriblər.

 

Hindistanın nəzarət etdiyi Kəşmirdə minlərlə nəfər ötən gün Myanma hökumətinin ruhingiyalı müsəlmanları qırğın etməsini pisləməklə yanaşı bu cinayətə öz etirazlarını bildiriblər.

 

Bu aksiya iştirakçıları beynəlxalq dairələr, o cümlədən BMT və islam ölkələrindən cinayətlər və soyqırıma son qoyulması üçün Myanma dövlətinə təzyiq göstərilməsini istəyiblər.

 

Myanma ordusunun bəşəriyyət əleyhinə faciəsi ardınca, Banqladeş Banqal körfəzində bir adanı on minlərlə ruhingiyalı müsəlmanın müvəqqəti yerləşdirilməsi üçün hazırlamaq niyyətindədir.

 

Röyters İnformasiya Agentliyinin məlumatına görə, Banqladeş baş naziri Şeyx Həsinən siyasi müşaviri deyib: Myanma hökumətinin zülmündən qaçan Ruhingiya müsəlmanlarının Banqladeşə girişinə mane olmaq olmaz. Dakka rəsmiləri beynəlxalq təşkilatlara müraciət edib ki, bu miqrantların Tenqar Çar adasında müvəqqəti yerləşdirilməsinə şərait yaratsınlar.

 

Hindistanda əyalət hökumətləri və mərkəzi hökumət ruhingiyalı müsəlman miqrantların bu ölkədən çıxarılması üçün müəyyənləşməsi prosesinə başlayıblar.

 

İRNA-nın məlumatına görə, Hindistan baş nazirinin müşaviri çərşənbə günü Yeni Dehlidə jurnalistlərə verdiyi açıqlamada bildirib: Hindistanda ruhingiyalı müsəlman miqrantlar qeyri-qanuni miqrantlardır və dərhal ölkədən çıxarılmalıdır.

 

Hindistan hökumətinin bu qərarı ilə Myanma ordusu və radikal buddistlərin zülmündən Hindistana sığınan təxminən 40 min ruhingiyalı müsəlman bu ölkədən çıxarılacaqlar.

 

Hindistan hökumətinin bu qərarı bu ölkə baş naziri Narndra Mudinin Myanmaya səfəri və ruhingiyalı müsəlmanlara qarşı hərbçilər və radikal buddistlərin zorakılıqlarının yeni mərhələsinin başlanması ilə eyni vaxtda verilib.

Müxtəlif beynəlxalq təşkilatlar və onların rəsmiləri Myanma müsəlmanları əleyihə soyqırımı pisləyiblər. Müxtəlif ölkələrdə də vətəndaşlar Myanmada müsəlmanlar əleyhinə baş verən cinayətlərə etiraz ediblər.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:33 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap