Səudiyyə maliyyəsilə Londonda dərc olunan qəzet Myanma müsəlmanlarını terrorçu adlandırdı
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
Səudiyyənin ingilis dilli məşhur qəzeti Myanma müsəlmanlarını terrorçu adlandırıb
Səudiyyənin
“Asharq Al-Awsat” qəzeti Myanmada olan
müsəlmanları ölkə zorakılıqlarının əsas səbəbkarı kimi qələmə verib. Bu barədə
yazı dərc edən qəzet bildirib: “Təhlükəsizlik qüvvələri 30 avqustadək 52 dəfə
terrorçuların hücumuna məruz qalıb. Qarşıdurmalar nəticəsində 370 terrorçunun cəsədi
aşkarlanıb.”
Ölkədə olan
zorakılıq və ölümlərin səbəbkarı kimi Rohinca müsəlmanlarını günahlandıran
Londondan idarə olunan qəzet yazıb: “Qarşıdurmaların sol dalğası, cümə günü 30
polis mərkəzinə hücumla başlayıb. Hücumların səbəbkarı qiyam etmiş hərəkat üzvləridir.
Onlar özlərini Rohincanın xilaskarı olaraq təqdim edirlər.”
Qeyd edək ki,
artıq neçə gündür Myanmada müsəlmanların kütləvi surətdə qırğını davam edir. /
İslamazeri.com