Səudiyyə rejiminin İslam dünyasına etdiyi xəyanətlər - Türkiyəli yazardan araşdırma
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
İslam dünyasının mərkəzində yer alan, müsəlmanların qibləsinin yerləşdiyi torpaqlarda hakimiyyət edən Səudiyyə Ərəbistanının İslam dünyasına qarşı xəyanətləri və zülmləri bitmək bilmir.
İslamazeri.com türkiyəli
yazarın Səudiyyə rejiminin İslam dünyasına etdiyi xəyanətlər barədə
araşdırmasını diqqətinizə çatdırırıq.
Səudiyyə Ərəbistanı
qurulduğu gündən bu günə qədər İslam torpaqlarının mərkəzində yer
almasına baxmayaraq, İslama xəncər vurmaqdan, xəyanət etməkdən başqa bir şey
etməyib. Ərəb ölkələrinin böyüyü olaraq adlandırılan Səudiyyə rejimi quruluş
dönəmində ingilislərlə razılığa gələrək Osmanlıya xəyanət etməklə İslam
dünyasına ilk yarasını vurmuşdu. İslam dünyasının vəhdətə ehtiyac duyduğu bir
anda qərbli müstəmləkəçilərin səlib yürüşlərindən sonra İslam torpaqlarını
ikinci dəfə işğal etdiyi bir zamanda ingilislərin planlarına uyaraq İslam
dünyasında sonu olmayan problemlərin təməlini qoymuşdular.
Vəhabilik təfəkkürünün
əsasında qurulmuş Səudiyyə rejimi müqəddəs torpaqlardaki dini məkanları təxrib
edən, müsəlmanların vəhdətinə əngəl olan, İslam dünyasının mərkəzində yer
alan və İslama ən böyük zərbələri vuran, ən böyük xəyanətləri edən
ölkələrin başında gəlməkdədir. Səudiyyə rejiminin bəslədiyi vəhabilik
zehniyyəti təkfirçi terrorizmin yaranmasına səbəb olaraq İslam dünyasına,
müsəlman olmayan İslam düşmənlərinin verdiyi zərərlərdən daha çox zərər verməkdədir.
Sözügedən rejim bu zehniyyətin dünyada yayılması üçün böyük bir sərmayə qoyaraq
İslam dünyasına verdiyi zərəri hər gün biraz daha artırmaqdadır. Səudiyyə Ərəb
dövlətləri və müsəlman ölkələri ilə müxtəlif qruplaşmalar yaradaraq sözdə müsəlmanların
problemlərini həll etmək, müsəlman ölkələrinin inkişafına xidmət etmək hədəfləri
qoysa da, həqiqətdə pərdə arxasında və ya aşkar bir şəkildə İslam düşməni olan
ölkələrlə gəldiyi razılıqlar və fəaliyyətlərlə İslam dünyasına qarşı xəyanətlərinə
davam etməkdədir. Bölgədə yaşanan son hadisələrə nəzər etdiyimizdə İslama zərər
verəcək bütün planlarda Səudiyyənin iştirakını görməkdəyik.
Ərəb baharı adı
altında İslam dünyasına son zərbəni endirməni, bölgəni tam anlamda sümürməyi və
bunu müsəlmanları bir-birinə öldürtdürərək etməyi planlayan ölkələrlə iş
birliyinə girmiş olan Səudiyyə rejimi bölgədə yaranan bütün terror
qruplaşmalarının maddi və mənəvi dəstəyi olmuşdu.
Bölgədəki planlarını reallaşırmaq üçün Əl Qaidə, İşid, Nusra kimi terror qruplaşmaları yaradan və himayə edən başda ABŞ və İsrail kimi ölkələri maliyyələşdirmək də Səudiyyə rejiminin üstündədir. Üstəlik ABŞ-a tabe olan terror qruplaşmaları Suriyada, İraqda, Liviyada, Əfqanıstanda müsəlmanların boğazının kəsərkən aylıq maaşlarını Səudiyyə və onunla həmrəy ölkələrdən alırlar.
Səudiyyə
rejiminin birbaşa və ya dolayı yollarla bu terror qruplaşmalarına verdiyi maddi
dəstəyin miqdarı milyard dollarlarla başa gəlməkdədir. Səudiyyə rejimi Suriyada
hakimiyyəti yıxmaq üçün sözdə müxaliflər adlandırılan əli silahlı
terroristləri yetişdirərək və onlara maddi və logistik dəstək olaraq
milyonlarla insanın həyatını itirməsinə, evsiz qalmasına səbəb olmuşdu. Burada
suriyalı müxalifləri dəstəkləməyin əsl məqsədi isə İsrail üçün böyük problem
olan Suriya dövlətini parçalamaq və sionist rejimli İsrailin işğalçılıq siyasətinə
və müsəlmanların qətliamına yardımçı olmaqdır. Səudiyyə rejiminin işğalçı rejim
sionist İsraillə gizli görüşləri, müqavilələri İslam dünyasının kürəyinə vurulmuş
en böyük xəncərlərdən biridir.
ABŞ prezidenti
Trampın Ərəbistana etdiyi ziyarətdə səudiyyəli kralla qılınc rəqsi etməsi və
iki ölkə arasında imzalanan 380 milyon dollarlıq müqavilə Səudiyyənin müsəlmanlara
etdiyi zülm və xəyanətlərdən biri olaraq dəyərləndirilə bilər ki, bu rejim
xalqın və dövlətin pulunu ABŞ-a verərkən alınacaq silahlarla birbaşa müsəlmanları
öldürməkdədir. Eyni zamanda ABŞ-ın kölgəsi olan səudiyyəli kral və şahzadələri
bu müqaviləni həyasız bir şəkildə müvəffəqiyyət və uğur kimi qiymətləndiriblər.
Xatırladaq ki, bu rejim ölkədə heç bir müxalifətə icazə verməyərək müxalifətçiləri
edam etməkdə, öz xalqına divan tutmaqdadır. Yenə bu günlərdə ölkənin şərqində
yerləşən Avamiyədə öz xalqını öldürərək etdiyi cinayətlər və bunları ört basdır
etmək üçün beynəlxalq təşkilatları və medianı susdurmaq üçün xərclədiyi pullar
bu ölkənin İslam dünyasına verdiyi zərərlərdən biri olaraq tarixə yazılacaq.
Köməksiz Avamiyə camaatı bu rejimin silahlı gücləri qarşısında ya ölmək ya da
evlərini tərk etmək məcburiyyətində qalıblar. Öz xalqına etdiyi zülümlərlə
yanaşı Bəhreyndə xəlifə rejiminə qarşı haqlarını tələb edən sivil vətəndaşların
da etirazlarının vəhşicəsinə yatırılmasına, zindanlara atılmasına, işgəncə
verilərək öldürüməsinə dəstək verməkdədir. ABŞ-ın bölgədəki planlarının
icraçısı və maddi qaynağı olan Səudiyyə rejimi ABŞ-ın əmriylə qardaş, dost və
ortaq ölkə olan Qətəri terrorizmə dəstək verməklə günahlandırmış və bu
ölkə ilə olan bütün münasibətlərini kəsərək ona embarqo qoyub. İslam ordusu
quraraq İslam ölkələrini müdafiə etmək şüarı ilə yola çıxan rejimin etdiyi bu
iş həm müstəkbirlərin xidmətində olacaq ordunun qurulmadan dağılmasına zəmin
yaratdı, həm də ABŞ və müttəfiqlərinə xidmət etdiyini təsdiqlədi.
Bu rejimin
İslam dünyasına vurduğu yaralardan birini isə Yəməndə müşahidə edirik. 3 ilə
yaxın sürən müharibədə ərəb coğrafiyasının ən kasıb ölkəsinin məzlum
xalqına əlindəki bütün imkanlarla hücum edən Səudiyyə rejimi 10 minə yaxın
insanın ölməsinə, 20 min insanın yaralanmasına və 664 məscidin yerlə yeksan
olmasına səbəb olub. Səudiyyə rejiminin bu ölkəyə dağıdıcı hücumu və etdiyi
cinayətlərlə birgə qoyduğu embarqo ölkədə vəba xəstəliyinin baş almasına və
minlərlə insanın bu xəstəliyə tutularaq həyatını itirməsinə səbəb olub.
Ərəb dövlətlərinin
böyük qardaşı və müsəlmanların müqəddəs torpaqlarını hakimiyyəti altında qəsb
edərək udan Səudiyyə rejimi kim bilir İslama və müsəlmanlara daha nə qədər xəyanətlər
edəcək.