Bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedəcək
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
Səudiyyə Ərəbistanı hökuməti yenidən həccə getmək istəyən zəvvarlar üçün vergi tətbiq edib
Bu il Azərbaycandan Həcc ziyarətinə
600 deyil, 900 nəfər gedəcək.
Qafqaz Müsəlmanları İdarəsindən
"Report"a verilən məlumata görə, 600 nəfərlik kvota müəyyənləşdirilsə
də, sonradan siyahıya 300 nəfər əlavə olunub. Bu isə kvotanın 50 faiz
artırılıması deməkdir.
Bu il Həcc ziyarəti üçün 3850 dollar
məbləğ müəyyənləşdirilib.
Qeyd edək ki, bu il zəvvarların ilk
qrupu avqustun 24-də Həcc ziyarətinə yola düşəcək.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı
hökuməti yenidən həccə getmək istəyən zəvvarlar üçün vergi tətbiq edib. Belə
ki, 2015-ci və 2016-cı illərdə həcc ziyarətində olub və bu il də həcc ziyarətinə
getmək niyyətində olanlar viza üçün 2000 rial (535 dollar) məbləğində vergi ödəməlidir.
Bildirilib ki, vergi ödənişi edilmədən zəvvarların xarici pasportları səfirliyə
göndərilməyəcək. / Maide.Az