Səudiyyə Ərəbistan Əvamiyyə şiələrinin su və işığını kəsib
Posted on : Digər sahələr 10/16/2017 1:00:31 PM
Səudiyyə Ərəbistan şiələri yaşadığı evlərdən çıxarmaq məqsədi ilə Əvamiyyə şəhərində onların evlərinin su və işığını kəsib.
Səudiyyə Ərəbistanı
KİV-lərinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri
öz vəhşiliklərini davam etdirir. Belə ki, Əvamiyyə şəhərində şiələrin evlərinə
və avtomobillərini atəşə tutur, onların su və işığını kəsir və insanları
yaşadığı şəhərdən çıxmağa məcbur edir.
Sosial şəbəkələrdə
yayımlanan məlumata görə, Əvamiyyə şəhərində baş verən qarşıdurmalara görə,
artıq xeyli sayda insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.
Səudiyyə Ərəbistanı
rejim qüvvələri artıq 80 gündən çoxdur ki, Əvamiyyə şəhərinə hücum edib. Ali-Səud
rejim qüvvələri Əvamiyyə bölgəsində şiələrin evlərini toplarla atəşə tutur. Bir
çox Əhli-beyt (ə) ardıcılı yaralanır, insanların evlərinə, şəxsi avtomobillərinə
ziyan dəyir. Hərbiçilər Əhli-beyt (ə) ardıcıllarına odlu silahla birbaşa atəş
açır. Səudiyyə rejim qüvvələri ölkənin şərqində Əvamiyyə, Qətif və digər qəsəbə
və kəndlərdə insanları heç bir ittiham irəli sürmədən həbs edir.
Əvamiyyə bölgəsində
alti ildir ki, Ali-Səud rejiminin şiələrə qarşı represiyaları əleyhinə dinc
aksiyalar təşkil olunur. Etirazçılar Ərəbistan rejimindən istəyir ki, siyasi
islahatlar etsin və ayrıseçkilikdən əl çəksin. / Maide.Az