header

 İrandan Səudiyyə Ərəbistanına CAVAB

Səudiyyə Ərəbistanının "Fars körfəzindəki neft sahələrindən birinə yaxınlaşan silah yüklü bir qayıqda üç İnqilabi Keşikçisi həbs edildi" iddiasına İrandan təkzib gəlib

Fars körfəzindəki Mərcan neft sahəsinə qayıqla yaxınlaşdığı iddia edilən İnqilab Keşikçilərinin əsgərlərindən üçünün Səudiyyə Ərəbistanı tərəfindən nəzarətə alındığı xəbəri haqqında İrandan açıqlama edilib.


İran Daxili İşlər Nazirliyi Sərhəd İşləri Şöbəsinin rəhbəri Məcid Ağababaiye nəzarətə alınan üç nəfərin əsgər yox, Buşəhr şəhərindən olan balıqçılar olduğunu deyib. Ağababaiye "Hərbi personal olduğunu göstərən heç bir dəlil yoxdur",- deyə də əlavə edib.

Səudiyyə Ərəbistanının İnformasiya və Mədəniyyət Nazirliyindən bazar günü edilən açıqlamada, cümə günü Mərcan neft sahəsinə yaxınlaşan bir qayıqda silah ələ keçirildiyi bildirilmişdi. Açıqlamada, qayıqdakı üç nəfərin nəzarətə alındığı və sorğu-sual olunduğu qeyd edilmişdi. Bundan başqa açıqlamada, "Bunun Səudiyyə quru sularında insanlara və mallara zərər verməyi hədəfləyən bir terrorçu fəaliyyət olduğuna şübhə yoxdur",- deyilmişdi.

Səudiyyə Ərəbistanının "Fars körfəzindəki neft sahələrindən birinə yaxınlaşan silah yüklü bir qayıqda üç İnqilabi Keşikçisi həbs edildi" iddiasına İrandan təkzib gəlib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap