ABŞ generalından Əfqanıstan etirafı: Biabır olmuşuq...
Posted on : Digər sahələr 10/16/2017 1:00:28 PM
Amerikalı general ölkəsinin Əfqanıstandakı əməliyyatı barədə danışıb
amerikalı general, ABŞ ordusunun qərargahının rəisinin
keçmiş müavini Cek Kin bildirib ki, ölkəsinin Əfqanıstanda 16 ildir ki, bitmək
bilməyən hərbi əməliyyatı “rüsvayçılıqdır”.
O qeyd edib ki, bu regionda qələbə qazanmaq üçün ABŞ-ın öz hərbi
kontingentini 10-20 min nəfər artırması lazımdır.
General Pentaqonun “Taliban” terror təşkilatı ilə mübarizə
üçün Əfqanıstana təqribən 4 min hərbçi göndərmək istəməsinə dair KİV-lərdə
yayılan məlumatı da şərh edib.
“Şübhəsiz, 4 min hərbçinin xeyri dəyəcək. Lakin real məsələ
bundan ibarətdir ki, bu addım mübarizənin balansını bizim xeyrimizə dəyişəcəkmi?
Mən düşünürəm ki, yox.”, - deyə o bildirib.