Los Anceles Times: Ağ Ev repressiv rejimləri dəstəkləyir
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
ABŞ-ın Los Anceles Times qəzeti yazıb: Ağ Evin xarici siyasəti həmişə repressiv rejimlərə dəstək istiqamətində olmuşdur.
İRNA-nın məlumatına
görə, Los Anceles Times qəzeti çərşənbə axşamı günü öz oxucularının məktublarını
yayımlayıb: Ağ Evin Yaxın Şərqdə repressiv rejimləri dəstəkləmək üzrə siyasəti
tənqid olunub.
Los Anceles
Times qəzetinin oxucularından biri yazıb: ABŞ prezidenti Donald Tramp elə bir
halda Səudiyyə Ərəbistanı rəsmiləri ilə müzakirə edir ki, bu ölkədə heç bir
seçki keçirilmir.
Bu məktubda əlavə
olunub: Ərəbistanın əksinə olaraq İranda milyonlarla vətəndaş 19 may 2017-ci il
seçkilərdə öz prezidentini seçmək üçün səsvermədə iştirak etdi.
Başqa bir məktubda
bildirilir: Tramp Ərəbistana getdi. Bu ölkə heç bir seçki olmadan krallıq hökumətidir
və vəhhabi radikal cərəyanları vətəndaşların həyatına tam nəzarət edirlər.
ABŞ prezidenti
şənbə günü Səudiyyə Ərəbistanına səfər edərək bu ölkə ilə 400 milyard dollar dəyərində
müqavilələr imzaladı. 110 milyard dollarlıq müqavilə isə Səudiyyə Ərəbistanıana
silah satışına şamil olur.