header

 Trampın arvadı Səudiyyə Ərəbistanında qadınların durumunu alqışlayıb

ABŞ prezidenti Donald Trampın arvadı Melaniya Tramp Səudiyyə Ərəbistanı rejiminin qadınlara qarşı ədalətsiz rəftarını ört-basdır etmək məqsədi ilə naşıyana cəhdlər çərçivəsində bu ölkədə "qadınların güclənməsi və onların qabiliyyətlərinin artırılmasını" alqışlayıb.

Donald Trampı Səudiyyə Ərəbistanına səfərində müşayihət edən Melaniya Tramp Ərrəyadda Ceneral Elektrik şirkətinin bütün işçiləri qadınlardan ibarət olan satış sonrası xidmət mərkəzinə  baxış keçirdikdən sonra bu ölkədə qadınların güclənməsini alqışlayıb.

 

Melaniya bu mərkəzdə fəaliyyət göstərən qadınlara xitabən deyib: Ümid edirəm ki, ərəb qadınlar özlərinin həqiqi mövqelərini aldə edəcək və ana və cəmiyyətdə fəal olan qadın kimi iki məsuliyyətləri arasında balans yarada biləcəklər.

 

Melaniya sonra Twitter səhifəsində yazıb: Satış sonrası xidmət mərkəzində fəaliyyət göstərən qadınlarla söhbətləşməkdən çox həzz aldım. Qadınların qabiliyyətlərinin gücləndirilməsi istiqamətində böyük addımlar atılıb.

 

Amerikanın birinci xanımı elə bir şəraitdə bu kimi bəyanatlarla çıxış edir ki, Səudiyyə Ərəbistanı qadınların ilkin hüquqlarının tapdalanmasında birincilər sırasındadır.

 

Cinslər arasında fərq üzrə beynəlxalq göstəriciyə əsasən Səudiyyə Ərəbistanı 2016-cı ildə 144 ölkə arasında 141-ci yeri tutmuşdur.   

ABŞ prezidenti Donald Trampın arvadı Melaniya Tramp Səudiyyə Ərəbistanı rejiminin qadınlara qarşı ədalətsiz rəftarını ört-basdır etmək məqsədi ilə naşıyana cəhdlər çərçivəsində bu ölkədə "qadınların güclənməsi və onların qabiliyyətlərinin artırılmasını" alqışlayıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap