header

 Bəhreyndə son durum: Qəzəb günü elan edildi - ƏTRAFLI, VİDEO

Bəhreynin nüfuzlu ruhaniləri bu günü “Qəzəb günü” olaraq adlandırıblar.

Ali-Xəlifə rejiminin məhkəməsi ölkənin mənəvi lideri Ayətullah İsa Qasim haqqında çıxardığı hökmə etirazlar səngimir.

"QƏZƏB GÜNÜ"

Hökmün oxumasından sonra ölkə ruhaniləri bəyanat yayıb.Bu hökmə etiraz edən ruhanilər, bu günləri “Qəzəb günü” olaraq adlandırdıqlarını deyərək bildirblər: “Rejimin təqvalı, adil, pak və pərhizkar fəqih, Ayətullah İsa Qasimə qarşı cəsarəti, onu cinayətkar hesab etməsi ilə nəticələnib. Şəri məvaciblərə əl uzatmaq və mənimsəmək şiəliyin düşüncə, şəriət, mövudiyyət və rəhbərliyini tanımamaq mənasındadır. Biz bunu müharibə elanı kimi dəyərləndirik. Hansısa vətəndaşımız azad formada edə biləcəyi ibadəti rejimin icazəsi olmadan yerinə yetirsə faciələr baş verir. Bu səbəbdən din, mərcəiyyət, xalqın haqqını qorumaq və dini ainlərin fəsad zülmünün əhatəsindən çıxması üçün bu günü “qəzəb günü” adlandırıq. İmanlı, səbirli və qeyrətli xalqımızdan istəyimiz budur ki, meydanları doldurmaqla rejim müqabilində səslərini ucaltsınlar. Ümid edirik ki, ağılları olarsa bu  addımlar onların dəlilikdən uzaqlaşmalarına səbəb olar. Ey xalqımızın imanlı övladları! Düşmənin bütün faydasız planlarını öz iman, səbr və təvəkkülünüzlə məğlub edəcəksiniz."

Aksiyalar keçirilir:

BU HÖKM MƏZHƏBİ HƏDƏF ALIB...

Ayətullah İsa Qasimin İrandakı nümayəndəsi Bəhreyndə baş verən son hadisələrlə bağlı açıqlama verib.Ayətullah İsa Qasimə oxunan hökmün xalqın rejim əleyhinə olan nifrətini daha da alovlandırdığını deyən Şeyx Abdullah Dəqqaq bildirib: “Ona oxunan hökm yalnız ona deyil, məzhəbi hədəf alan bir məsələdir. Ali-Xəlid rejimi bu qərarı Trampın Ərəbistana səfərinə qədər ertələdi ki, ABŞ prezidentindən bu barədə izn ala bilsin. Buna sübutumuz da budur ki, ilk öncə Ayətullah Qasimin məhkəməsi saat 10-a təyin olunsa da, daha sonra 9-a və nəhayət saat 8-ə salındı. Bu da Bəhreyn kralının Trampla görüşü ilə üst-üstə düşür. Bu görüşdə Tramp Həmd bin İsa ilə dost olduğunu və xəttin sonunadək dost qalacağını bildirdi. İsa Qasimə oxunan hökm zahirdə yüngül olsa da, həqiqətdə çox ağır cəzadır. Xalq bütün variantlara hazır olmalıdır. Ayətullah İsa Qasim islam aləminn böyük fəqihlərindəndir və müsəlmanlar onu müdafiə etməlidir.”

Şeyx Abdullah Dəqqaq

İRAN XƏBƏRDARLIQ ETDİ...

İran tərəfi də məsələyə münasibət bildirib. İran XİN mətbuat katibi Bəhram Qasimi bu faktı qınayaraq deyib: “Bəhreyn rejimi irqçi və məzhəbi yönümülə Ayətullah İsa Qasimə və 2 yaxınına qarşı yersiz ittihamlar irəli sürürək, din və məzhəbi məhkum etmək niyyətindədir. Xalqın azadlıqlarını məhdudlaşdırmaq əvəzinə, müzakirə və mülayimliyə üz tutun. Biz Ayətullah İsa Qasimə qarşı hər hansı addıma görə Ali-Xəlifə rejiminə xəbərdarlıq edirik. Ümid edirik ki, Bəhreyn rejimi o şəxsiyyətin məqam və mənəvi nüfuzuna önəm berib, xalqın istəklərinə hörmətlə yanaşıb, ona qarşı olan təzyiqlərə son qoysun.”

Bəhram Qasimi

 

Bəhreynin “Al Vifaq” cəmiyyəti Ayətullah İsa Qasimə verilən hökmlə bağlı bəyanat yayaraq xalqın hökmün icra olunması təhlükəsinə hazır olmaları istənmişdi - ƏTRAFLI.

Bir çox məhəllədə rejimə etirazlar edilir:


Bəhreynin nüfuzlu ruhaniləri bu günü “Qəzəb günü” olaraq adlandırıblar.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap