header

 123 jurnalist Türkiyədən qaçıb

Türkiyə Jurnalistlər Birliyi aprel ayının sonuna qədər 123 jurnalistin ölkədən qaçdığını bildirib.

İSNA-nın məlumatına görə, Avropa Birliyinin dəstəyi ilə Söz və İfadə Azadlığı Hesabatı adı altında yayımlanan hesabatda bildirilir ki, 159 jurnalist də həbsdədir.

 

Məlumata əsasən, 2017-ci ilin ilk dörd ayında Türkiyədə jurnalistlər üçün yeni 46 araşdırma başlanıb və bu jurnalistlər əleyhinə 20 cinayət işi açılıb.

 

Türkiyənin Cümhuriyyət qəzetinin 19 may tarixli tirajında yayımlanan bu hesabatda bildirilib: Ötən 4 ay ərzində Türkiyə dünyada ən çox jurnalistin həbs olunduğunu özünə aid edən ölkələrin sırasında birinci olmuşdur. Bu jurnalistlərlə əlaqədar bütün dosyelərdə həbssiz mühakimə tələbi rədd olunmuşdur.

 

Türkiyə Jurnalistlər Birliyi həmçinin bildirib: Qəzet, jurnal, informasiya agentlikləri, xəbər portalları, həmçinin çap evləri, birliklər və müəssisələrin fəaliyyətinin dayandırılması beynəlxalq qanun-qaydalar və insan haqları normaları baxımından qəbulediləsi deyildir.

 

Türkiyə hökuməti uğursuz dövlət çevrilişindən sonra dövlət qurumlarından 140 mindən çox şəxsi təmizlədi. Bundan əlavə, yüzlərlə şirkət dövlət qurumları tərəfindən müsadirə olundu və 15 vəqf olunmuş universitet və minlərlə təhsil ocağının fəaliyyəti dayandırıldı. 

Türkiyə Jurnalistlər Birliyi aprel ayının sonuna qədər 123 jurnalistin ölkədən qaçdığını bildirib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap