header

 Amerika baharı! - ƏTRAFLI

Müsəlman ölkələr İslam aləminin başındakı ən böyük bəla olan ABŞ-la bir yerə toplaşacaq... Təəssüf ki; "məzlumlar", "zalim" ilə bir araya gəlməyi "yeni bir səhifə" və "tarixi" olaraq görür.

İllərdir Türkiyənin tanış olduğu cümlələr, indi də Ərəb dünyasına əzbərlədilir. Ərəb Baharı ilə Yaxın Şərqdəki tarazlıqları alt-üst edən ABŞ bu qədər cinayətinə baxmayaraq hələ də İslam aləmində "ümid" (!) olaraq görülür! ABŞ Prezidenti Donald Trampın "ABŞ-İslam Ölkələri Sammiti"nə təriflər yağdırılır. Ev sahibi ölkənin xarici işlər nazirinin "Keçiriləcək sammitlər ABŞ ilə Ərəb və İslam ölkələri arasındakı münasibətlərdə yeni bir səhifə açacaq tarixi bir hadisədir",- ifadəsindən istifadə etməsi diqqət çəkdi. İslam coğrafiyası Ərəb Baharından sonra bir də "Amerika Baharı" bəlasına yelkən açmaq nöqtəsinə gəlib!

 

"İKİ TƏRƏFƏ" DƏ XİDMƏT EDƏCƏKMİŞ!

"Milli Gazete"yə istinadən , Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr ABŞ Prezidenti Donald Trampın sammit çərçivəsində 20-21 mayda səfər edəcəyini deyib. "ABŞ-İslam Ölkələri Sammiti"nin tərəflər arasında terrorizmlə mübarizə və "iki tərəfə də xidmət edəcək" bir tərəfdaşlığın inşasında yeni bir əməkdaşlığa imkan yaradacağını müdafiə edən Cübeyr "37 dövlət başçısı ilə 6 baş nazirin iştirakını gözləyirik. Daha öncə keçirilən sammitlərdə bu rəqəmə çatılmayıb. Bu da bu tarixi zirvə görüşünün nə qədər əhəmiyyətli olduğunu göstərir",- deyə danışıb. Nazir Kral Salman ilə Tramp arasında baş tutacaq sammitin iki ölkə arasında "strateji müttəfiqliyi" gücləndirəcəyini iddia edib.

 

TÜRKİYƏDƏ ÇOX MÜZAKİRƏ EDİLƏN VAŞİNQTON ZİYARƏTİNDƏ VERİLƏN MESAJLARIN BƏNZƏRLƏRİ ƏRƏB DÜNYASINDAN YÜKSƏLİR...

Adil əl-Cübeyr Səudiyyə Ərəbistanının ABŞ-ın bütün dünyada oynadığı rol; terrorla mübarizə, İranın "təcavüzkar" siyasətinin qarşısını alma və ənənəvi müttəfiqlərlə yenidən əlaqə qurmaq məsələsində ABŞ ilə "fikir birliyi" içərisində olduqlarını vurğulayıb. "Körfəz ölkələri-ABŞ sammiti"nin 2015-ci ildəki Kemp Devid və 2016-cı ildəki ər-Riyad zirvə görüşündən sonra üçüncü zirvə olacağını və tərəflər arasında strateji əlaqələri inkişaf etdirəcəyini dilə gətirən xarici işlər naziri gələcək günlərdə "NATO bənzəri" İslami bir hərbi ittifaqın yaradılmasına dair fikirlərin gündəmə gəldiyini söyləyib.

ABŞ - İSLAM ÖLKƏLƏRİ SAMMİTİ

Səudiyyə Ərəbistanının 20-21 mayda ev sahibliyi edəcəyi 4-cü zirvə Tramp ilə Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz, Ərəb və İslam ölkələri liderləri, Körfəz ölkələri liderləri zirvəsi və Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə keçiriləcək məşvərət zirvələrindən ibarətdir./
İslamazeri.com 

Müsəlman ölkələr İslam aləminin başındakı ən böyük bəla olan ABŞ-la bir yerə toplaşacaq... Təəssüf ki; "məzlumlar", "zalim" ilə bir araya gəlməyi "yeni bir səhifə" və "tarixi" olaraq görür.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap