header

 İlham Əliyev: "Neftdən əldə edilən gəlirləri nəhəng layihələrə yönəldirik"

İlham Əliyev: "Neftdən əldə edilən gəlirləri nəhəng layihələrə yönəldirik"

“Azərbaycana qoyulan investisiyaların böyük hissəsi xarici şirkətlər tərəfindən qoyulub. Bu qurğuya investisiyalar isə Azərbaycan dövləti tərəfindən qoyulub. Neftdən əldə edilən gəlirləri belə böyük, nəhəng layihələrə yönəldirik”.

 

Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində deyib.

 

Prezident bildirib ki, bu layihənin icrası üçün həm Dövlət Neft Fondundan, həm Dövlət Neft Şirkətindən qoyulan vəsait təqribən 1 milyard dollara yaxındır: “Yəni, bu, həm bizim gücümüzü, həm də imkanlarımızı göstərir. Həm də onu göstərir ki, Azərbaycanda neft sənayesi uğurla inkişaf edir. Xarici şirkətlər tərəfindən Azərbaycana sərmayə qoyulanda bizim əsas şərtlərimizdən biri o idi ki, Azərbaycanda bu sərmayələr, eyni zamanda, neft sənayesinin inkişafına xidmət göstərsin.

 

Azərbaycanda iş yerləri yaradılsın, bizim işçilər yaxşı maaş alsınlar, onların peşəkarlığı artsın, onlar üçün təlim kursları keçirilsin və bu gün biz bunu görürük. Bu gün Azərbaycan vətəndaşları bütün əsas neft layihələrində uğurla işləyirlər və həm özlərinə, həm də ölkəyə böyük fayda verirlər”. / Faktxeber

İlham Əliyev: "Neftdən əldə edilən gəlirləri nəhəng layihələrə yönəldirik"
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap