header

 Ərdoğana sataşan pişik şəklinə görə jurnal qapadıldı

Ərdoğana işarə edən divar yazısının şəklini yayımlayan "1453 İstanbul Mədəniyyət və Sənət" jurnalı qapadılıb.

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Mədəniyyət QSC tərəfindən nəşr olunan "1453 İstanbul Mədəniyyət və Sənət" jurnalı Ərdoğana işarə edən divar yazısının şəklini yayımlaması səbəbilə qapadılıb. Jurnalın üç səlahiyyətli nümayəndəsinin iş aktları ləğv edilib və barələrində şikayət ediləcəyi açıqlanıb. İBB sədri Qədir Topbaş ""1453 İstanbul Mədəniyyət və Sənət" jurnalını bağladıq. Jurnaldakı edilən alçaqlıq və əxlaqsızlıqdır. Bu şeylər müəyyən bir yerlərdən planlaşdırılır",- deyib.

İBB-dən edilən açıqlamada belə deyilib: ""Mədəniyyət" QSC tərəfindən edilən açıqlamada "1453 İstanbul Mədəniyyət və Sənət" jurnalının son sayındakı ağıl və anlayışdan məhrum məzmun səbəbiylə qapadılıb. Jurnalın məzmuna cavabdeh yayım koordinatoru, yazı işləri müdiri və redaktorunun iş aktları ləğv edilmişdir. Səviyyəsiz, hörmətsiz və təxribatçı məzmunla bağlı məsullar haqqında prokurorluğa şikayət ediləcək. İctimaiyyətə hörmətlə bildirilir".

 

İBB SƏDRİ TOPBAŞDAN "PİŞİKLİ JURNAL" ÜÇÜN AÇIQLAMA

 

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Qədir Topbaş İBB Mədəniyyət QSC tərəfindən çıxarılan "1453 İstanbul Mədəniyyət və Sənət" jurnalında dərc olunan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf aldığı bildirililən fotoşəkillə bağlı bəyanat verib. Topbaş "Təəssüf ki, çox təəssüfedici bir hadisə olaraq gördüm. Təəssüfüm odur ki, 2004-cü ildən vəzifəyə başladığımdan bu günə bəzən, son vaxtlar isə bələdiyyə və şəxsən özüm barədə ciddi bir təxribat var. Hədəfə çıxarılmışıq, anlamaq mümkün deyil. Jurnalda gördüyümüz bu hadisə elə bir hadisə deyil. Tamamilə alçaqlıq və əxlaqsızlıqdır. Əlbəttə ki, şikayət edilərək lazım olanlar ediləcək, iş aktlarını ləğv edib jurnalı bağladıq", deyib.

"BİR YERLƏRDƏN PLANLANIR"

 

İBB sədri "Ötən günlərdə də 2013-cü ildəki fotoları sanki 15 iyulda (15 iyul 2016: Türkiyədə çevrilişə cəhd olunan tarix - red.) çəkilibmiş kimi əks etdirmək necə bir etik anlayışdır, bunu da anlamaq mümkün deyil. Mən məhkəməyə müraciət etdim, cavab vermədim. Yenə "İbn Xəldun Universiteti"nin təqdimat afişalarında bizə sataşıldı. Nədir bu qədər hədəfə qoyulmaq, məqsəd nədir. Mən müxtəlif məqsədlərin, fərqli amalların olduğunu anlayıram. Müəyyən bir yerlərdən manipulyasiya edilir. Bütün bunlar müəyyən bir yerlərdən planlanır",- deyə sonda bildirib.

JURNALI QAPATDIRAN FOTOŞƏKİLDƏ NƏ VAR?



Qapadılmaya səbəb olan məzmunun isə Ərdoğana işarə edən “ERDO-GONE İnşallah-Maşallah” divar yazısı önündə pişiyin çəkilmiş fotoşəkli olduğu bildirilib. /İslamazeri.com

Ərdoğana işarə edən divar yazısının şəklini yayımlayan "1453 İstanbul Mədəniyyət və Sənət" jurnalı qapadılıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap