HƏDİSLƏR AYNASINDA ŞƏBAN AYININ FƏZİLƏTİ-10
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
HƏDİSLƏR AYNASINDA ŞƏBAN AYININ FƏZİLƏTİ-10
Şəban
ayında 16-30 gün oruc tutmağın savabı:
Peyğəmbəri-Əkrəm
(s) imam Əliyə (ə) buyurmuşdur:
وَ مَنْ صَامَ سِتَّةَ عَشَرَ يَوْماً مِنْ شَعْبَانَ أُطْفِئَ
عَنْهُ سَبْعُونَ بَحْراً مِنَ النِّيرَانِ
“Hər kəs Şəban
ayında on altı gün oruc tutarsa, cəhənnəmin 70 “od dəryası" onun üçün
söndürülər.”
وَ مَنْ صَامَ سَبْعَةَ عَشَرَ يَوْماً مِنْ شَعْبَانَ أُغْلِقَتْ
عَنْهُ أَبْوَابُ النِّيرَانِ كُلُّهَا
“Hər kəs Şəban
ayında on yeddi gün oruc tutarsa, cəhənnəmin bütün qapıları onun üzünə
bağlanar.”
وَ مَنْ صَامَ ثَمَانِيَةَ عَشَرَ يَوْماً مِنْ شَعْبَانَ فُتِحَتْ
لَهُ أَبْوَابُ الْجِنَانِ كُلُّهَا
“Hər kəs Şəban
ayında on səkkiz gün oruc tutarsa, cənnətin bütün qapıları onun üzünə açılar.”
وَ مَنْ صَامَ تِسْعَةَ عَشَرَ يَوْماً مِنْ شَعْبَانَ أُعْطِيَ
سَبْعِينَ أَلْفَ قَصْرٍ مِنَ الْجِنَانِ مِنْ دُرٍّ وَ يَاقُوتٍ
“Hər kəs Şəban
ayında on doqquz gün oruc tutarsa, cənnətdə ona dürr və yaqutdan 70 min qəsr
verilər.”
وَ مَنْ صَامَ عِشْرِينَ يَوْماً مِنْ شَعْبَانَ زُوِّجَ سَبْعِينَ
أَلْفَ زَوْجَةً مِنَ الْحُورِ الْعِينِ
Hər kəs Şəban
ayında iyirmi gün oruc tutarsa, Allah-Taala onu cənnətdə cənnət xanımlarından
olan 70 min “hurul-eyn”lə evləndirər.”
وَ مَنْ صَامَ أَحَدَ وَ عِشْرِينَ يَوْماً مِنْ شَعْبَانَ رَحَّبَتْ
لَهُ الْمَلَائِكَةُ وَ مَسَحَتْهُ بِأَجْنِحَتِهَا
“Hər kəs Şəban
ayında iyirmi bir gün oruc tutarsa, (qiyamət günü məhşər meydanına daxil
olanda) mələklər ona “Xoş gəldin!” deyər, onu qanadları ilə məsh edər və
tumarlayarlar.”
وَ مَنْ صَامَ اثْنَيْنِ وَ عِشْرِينَ يَوْماً مِنْ شَعْبَانَ كُسِيَ
سَبْعِينَ حُلَّةً مِنْ سُنْدُسٍ وَ إِسْتَبْرَقٍ
“Hər kəs Şəban
ayında iyirmi iki gün oruc tutarsa, cənnətdə ona “sündüs və istəbrəq”dən (qiymətli
daşlarla bəzədilmiş cənnət parçaları) xalat geyindirərlər.”
وَ مَنْ صَامَ ثَلَاثَةً وَ عِشْرِينَ يَوْماً مِنْ شَعْبَانَ أُتِيَ
بِدَابَّةٍ مِنْ نُورٍ حِينَ [عِنْدَ] خُرُوجِهِ مِنْ قَبْرِهِ فَيَرْكَبُهَا
طَيَّاراً إِلَى الْجَنَّةِ
“Hər kəs Şəban
ayında iyirmi üç gün oruc tutarsa, qəbrindən qalxdığı gün (məhşər günü) ona
nurdan bir at verərlər və o ata minib cənnətə sarı uçar.”
وَ مَنْ صَامَ أَرْبَعَةً وَ عِشْرِينَ يَوْماً مِنْ شَعْبَانَ
أُعْطِيَ بَرَاءَةً مِنَ النِّفَاقِ
“Hər kəs Şəban
ayında iyirmi dörd gün oruc tutarsa, ona (qiyamət günü) “ikiüzlülük”dən bəraət
sənədi verilər.”
وَ مَنْ صَامَ خَمْسَةً وَ عِشْرِينَ يَوْماً مِنْ شَعْبَانَ شُفِّعَ
فِي سَبْعِينَ أَلْفَ مِنْ أَهْلِ التَّوْحِيدِ
“Hər kəs Şəban
ayında iyirmi beş gün oruc tutarsa, ona tövhid əhli olan yetmiş min nəfəri şəfaət
etmək icazəsi verilər və onların barəsində şəfaəti qəbul olar.”
وَ مَنْ صَامَ سِتَّةً وَ عِشْرِينَ يَوْماً مِنْ شَعْبَانَ كَتَبَ
اللَّهُ لَهُ جَوَازاً عَلَى الصِّرَاطِ
“Hər kəs Şəban
ayında iyirmi altı gün oruc tutarsa, Allah-Taala onun üçün “Sirat”
körpüsündən keçid icazəsi yazar.”
وَ مَنْ صَامَ سَبْعَةً وَ عِشْرِينَ يَوْماً مِنْ شَعْبَانَ كُتِبَ
لَهُ بَرَاءَةٌ مِنَ النَّارِ
“Hər kəs Şəban
ayında iyirmi yeddi gün oruc tutarsa, onun üçün cəhənnəm odundan bəraət sənədi
yazılar.”
وَ مَنْ صَامَ ثَمَانِيَةً وَ عِشْرِينَ يَوْماً مِنْ شَعْبَانَ
يُهَلَّلُ وَجْهُهُ يَوْمَ الْقِيَامَةِ
“Hər kəs Şəban
ayında iyirmi səkkiz gün oruc tutarsa, qiyamət günü üzü ay kimi parlaq olar,
(üzündə xoşbəxtlik və şadlıq nişanələri görünər).”
وَ مَنْ صَامَ تِسْعَةً وَ عِشْرِينَ يَوْماً مِنْ شَعْبَانَ نَالَ
رِضْوَانَ اللَّهِ الْأَكْبَرَ
“Hər kəs Şəban
ayında iyirmi doqquz gün oruc tutarsa, Allah-Taalanın böyük razılığını əldə edər.”
وَ مَنْ صَامَ ثَلَاثِينَ يَوْماً مِنْ شَعْبَانَ نَادَاهُ
جَبْرَئِيلُ مِنْ قُدَّامِ الْعَرْشِ يَا هَذَا اسْتَأْنِفِ الْعَمَلَ عَمَلًا
جَدِيداً فَقَدْ غُفِرَ لَكَ مَا مَضَى وَ تَقَدَّمَ مِنْ ذُنُوبِكَ وَ الْجَلِيلُ
عَزَّ وَ جَلَّ يَقُولُ لَوْ كَانَ ذُنُوبُكَ عَدَدَ نُجُومِ السَّمَاءِ وَ قَطْرِ
الْأَمْطَارِ وَ وَرَقِ الْأَشْجَارِ وَ عَدَدَ الرَّمْلِ وَ الثَّرَى وَ أَيَّامِ
الدُّنْيَا لَغَفَرْتُهَا لَكَ، «وَ ما ذلِكَ عَلَى اللَّهِ بِعَزِيزٍ» بَعْدَ
صِيَامِكَ شَهْرَ شَعْبَانَ.
“Hər kəs Şəban
ayında otuz gün oruc tutarsa, Cəbrayıl (ə) onu ərşdən səsləyər: “Ey Şəban
ayının 30 gününü oruc tutan kəs! (Sanki bu gün yenidən anadan oldun, belə isə)
Əməllərini bu gün əvvəldən başla. Həqiqətən də, sənin gələcək və keçmiş
günahların bağışlandı. İzzət və şövkət sahibi olan Allah deyir ki, əgər sənin
günahların göyün ulduzları, ağacların yarpaqları, yağış damlaları, xırda
qumların və dünya günlərinin sayı qədər olsa da bağışlayaram. Bu iş (səni
bağışlamaq) otuz gün Şəban ayını oruc tutduğuna görə Allah üçün çətin
deyildir.”
(“Fəzailu əşhuris-səlasə”
(Üç ayın fəzilətləri), Şeyx Səduq, mütərcim: Mirməhəmməd Bəşir)