header

 Yəməndə bir qrup səudiyyəli muzdlu öldürülüb

Yəməndə hərbi dairələr əl-Couf və Təiz vilayətlərində bir qrup səudiyyəli muzdlunun öldürüldüyünü bildiriblər.

Yəmənin əl-Məsirə xəbər televiziyasının məlumatına görə, bir hərbi rəsmi bazar ertəsi günü bildirib: Yəmənin şimalında yerləşən əl-Couf vilayətində Vadi Şəfaq bölgəsində ordu və xalq qüvvələrinin mövqelərinə zərbə endirmək niyyətində olan səudiyyəli muzdluların bir qrupu bomba partlayışı nəticəsində ölüb və yaralanıb.

 

Yəmən ordusu və xalq qüvvələri bazar günü də cənub-qərbdə yerləşən Təiz vilayətində əl-Məxanın şərqinə hücum edərək iki səudiyyəli muzdlunu öldürüb və təcavüzkar qüvvələrə aid bir hərbi avtomobili məhv ediblər.

 

Yəmən qüvvələrinin əl-Coufda əl-Səlan bazasına hücumunda da bir səudiyyəli muzdlu öldürülüb.

 

Ali-Xəlifə rejimi 2015-ci il mart ayından Yəmənin istefa vermiş prezidenti Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq məqsədilə bu ölkəyə hücuma keçib. Bu hücumlar zamanı 12 mindən çox yəmənli həlak olub. 

Yəməndə hərbi dairələr əl-Couf və Təiz vilayətlərində bir qrup səudiyyəli muzdlunun öldürüldüyünü bildiriblər.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap