header

 Londonda Tramp əleyhinə aksiya

Minlərlə nəfər ABŞ prezidentinin siyasətlərinə etiraz olaraq Londonda Elm muzeyi önündə aksiya keçirib

PressTV-nin məlumatına görə, minlərlə nəfər o cümlədən universitet müəllimləri və ziyalıllar şənbə günü Londonda Elm muzeyi önündə ABŞ prezidenti Donald Trampın siyasətlərinə etiraz olaraq, aksiya keçirib.

Aksiya iştirakçıları ABŞ prezidentinin elmi məsələlər o cümlədən havanın çirklənməsi ilə bağlı siyasətlərini tənqid ediblər.

Londonda Ümumdünya Torpaq Günü ilə bir vaxtda keçirilən bu etiraz aksiyası ABŞ prezidenti Donald Trampın ekologiya və ətraf mühit ilə bağlı siyasətlərini problemlərlə üzləşdirmək məqsədiilə həyata keçirilib.

Donald Tramp iqlim dəyişiklikləri və ətraf mühitin çirklənməsi ilə bağlı elmi araşdırmalar üçün ayrılan büdcənin azaldılması təklifi ilə çıxış edib.

Donald Tramp iqlim dəyişiklikləri ilə bağlı çalışmaları mənasız iş hesab edərək, iqlim dəyişiklikləri adı altında ABŞ iqtisadiyyatının hədəfə alındığını iddia edir.

ABŞ prezidentinin qənaətinə görə, havanın temperaturunun tədrici şəkildə artması məsələsi Çin tərəfindən gündəmə gətirilmiş və ABŞ sənayesini hədəfə almaq məqsədi daşıyan bir mövzudur.

Minlərlə nəfər ABŞ prezidentinin siyasətlərinə etiraz olaraq Londonda Elm muzeyi önündə aksiya keçirib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap