7-Cİ İMAMDAN 7 HƏDİS
Posted on : Digər sahələr 10/16/2017 1:00:26 PM
7-Cİ İMAMDAN 7 HƏDİS
1. İmam Museyi-Kazim (ə) buyurmuşdur:
رَجَبٌ نَهَرٌ فِي الْجَنَّةِ أَشَدُّ بَيَاضاً مِنَ اللَّبَنِ وَ
أَحْلَى مِنَ الْعَسَلِ مَنْ صَامَ يَوْماً مِنْ رَجَبٍ سَقَاهُ اللَّهُ مِنْ
ذَلِكَ النَّهَرِ
“Rəcəb – cənnətdə
süddən ağ, baldan şirin bir çaydır. Hər kəs Rəcəb ayında bir gün oruc tutarsa,
Allah-Taala onu bu çaydan sirab edər.” (“İqbalul-əmal”, səh.635; “Məfatihul-cinan”,
“Mübarək Rəcəb ayının fəzilət və əməlləri” bölümü.)
2. İmam Museyi-Kazim (ə) buyurmuşdur:
أداءُ الاْمانَةِ وَ الصِّدقُ يَجْلِبانِ الرِّزْقَ، وَ الْخِيانَةُ
وَ الْكِذْبُ يَجْلِبانِ الْفَقْرَ وَ النِّفاقَ
“Əmanətdarlıq və
düz danışmaq ruzinin artmasına, əmanətə xəyanət və yalan danışmaq isə fəqirliyə
və ikiüzlülüyə səbəb olur.” (“Tuhəful-uqul”, səh.297; “Biharul-ənvar”, 75-ci
cild, səh.327, hədis 4.)
3. İmam Museyi-Kazim (ə) buyurmuşdur:
مَنْ صَدَقَ لِسانُهُ زَكى عَمَلُهُ، وَ مَنْ حَسُنَتْ نيَّتُهُ زيدَ
فى رِزْقِهِ، وَ مَنْ حَسُنَ بِرُّهُ بِإخْوانِهِ وَ أهْلِهِ مُدَّ فى عُمْرِهِ
“Dili doğru
olanın əməlləri saf olar, niyyəti gözəl olanın ruzisi çox olar, qardaşları və
yaxınlarına yaxşılıq edənin isə ömrü uzun olar.” (“Tuhəful-uqul”, səh.388;
“Biharul-ənvar”, 75-ci cild, səh.303, hədis 25.)
4. İmam Museyi-Kazim (ə) buyurmuşdur:
أَفْضَلُ مَا يتَقَرَّبُ بِهِ الْعَبْدُ إِلَى اللَّهِ بَعْدَ
الْمَعْرِفَةِ بِهِ الصَّلَاةُ وَ بِرُّ الْوَالِدَينِ وَ تَرْكُ الْحَسَدِ وَ
الْعُجْبِ وَ الْفَخْر
“Bəndənin
Allaha yaxınlaşması üçün ən gözəl vasitə Onu tanıdıqdan sonra namaz qılmaq,
ata-anaya yaxşılıq etmək, həsəd,xudbinlik və öyünməkdən uzaq olmaqdır.”
(“Biharul-ənvar”, 75-ci cild, səh.306.)
5. İmam Museyi-Kazim (ə) buyurmuşdur:
مَثَلُ الدّنيا مَثَلُ الْحَيَّةِ، مَسُّها لَيِّنٌ وَ فى جَوْفِهَا
السَّمُّ الْقاتِلِ، يَحْذَرُهَا الرِّجالُ ذَوِى الْعُقُولِ وَ يَهْوى
اِلَيْهَاالصِّبْيانُ بِأيْديهِم
“Dünya zahiri
yumşaq, batini isə öldürücü zəhərə sahib ilana bənzəyir ki, ağıllı insan özünü
ondan qoruyur, uşaq (uşaqxislətli insan) isə, özünü onun üstünə atır.” (“Tuhəful-uqul”,
səh.292; “Biharul-ənvar”, 1-ci cild, səh.152, hədis 30.)
6. İmam Museyi-Kazim (ə) buyurmuşdur:
...انما شیعة علیّ من صدق قوله فعله
“Həqiqətən, Əli
şiəsi o şəxsdir ki, sözü əməlini təsdiqləsin.” (“Kafi”, 8-ci cild, səh.228, hədis
290.)
7. İmam Museyi-Kazim (ə) buyurmuşdur:
النَّظَرُ الى وَجْهِ الْعالِمِ حُبّاً لَهُ عِبادَة
“Alimin üzünə məhəbbətlə
baxmaq ibadətdir.” (“Vəsail”, 18-ci cild, səh.458.)
Rza Şükürlü
(Maide.az)