İmam Kazimin şəhadəti günlərində Kazimeynə 2 milyona yaxın zəvvar gəlib- Video
Posted on : Digər sahələr 10/16/2017 1:00:26 PM
Ziyarətgahın Zəvvarlar üzrə Komitəsi son 3 gün ərzində Kazimeynə gələn zəvvarların sayının 1 milyon 900 mindən artıq olduğunu deyib.
Bu barədə İmam Musa Kazimin və İmam
Cavadın ziyarətgahının İdarəsinin rəsmi saytı aljawadain.iq - ə istinadla məlumat
veririk.
Bildirilib ki, cari həftənin 3, 4 və
cümə günlərində İmam Kazimin ziyarətgahını
1 milyon 900 min zəvvar ziyarət edib.
Ziyarətgahın Zəvvarlar üzrə Komitəsinin
sədri Malik Fəxrinin sözlərinə görə bu rəqəm indiyə qədər qeydə alınmış ən
böyük rəqəmdir.
İraq polisi və Haşdu-Şabinin könüllülərdən
ibarət qüvvələri zəvvarların təhlükəsizliyi üçün əlavə qüvvələr cəlb ediblər.
İki gün öncə
Bağdadın qərbində Kazimeyn zəvvarlarını hədəfə almaq istəyən bir İŞİD-çi qrup ələ
keçib və onların partlatmaq istədiyi bir minalanmış maşın da vaxtında
aşkarlanaraq, zərərsizləşdirilib. /İslaminSesi