header

 Səudiyyə Ərəbistanında iqtisadi böhran

Səudiyyə Ərəbistanı iqtisadi böhrana görə milyardlıq layihələrini dayandırmaq məcburiyyətində qalıb.

PressTv-nin verdiyi məlumata görə, Səudiyyəli məlumatlı mənbələr bildiriblər ki, Ərrəyad dövləti ölkə nazirlikləri və təşkilatlarına yarımçıq infrasturuktur layihələrinə yenidən baxılması, ləğv və yaxud dəyişdirilməsinə dair göstəriş verib.

 

Həmin göstəriş çərçivəsində infrasturuktur layihələrə ayrılan büdcəyə dəyişiklik edilməsi üçün bu layihələrin özəl sektora verilməsini vurğulayıblar.

 

Ötən il də Səudiyyə Ərəbistanının bəzi infrastruktur layihələrinin icrasının dayandırılmasından sonra bu ölkənin maliyyə naziri Məhəmməd Əl-Cədan demişdi ki, bəzi layihələrin ləğvi ilə 21 milyard 33 milyon dollarlıq qənaət edilib.

 

Səudiyyə Ərəbistanı ötən sentyabr ayında dövlət sektorunda çalışanların və bu ölkənin məşvərət şurası məclisinin üzvlərinin əlavə əməkhaqqılarını azaltdı və nazirlərin maaşlarının 20 faiz azaldılacağını bildirdi.

 

Neftin ucuzlaşması, Səudiyyə Ərəbistanının Suriya və İraqdakı terrorçulara maliyyə yardımları, Yəmən müharibəsinə ayırdığı büdcə bu ölkənin maliyyə mənbələrinə ağır yük olub.

Səudiyyə Ərəbistanı iqtisadi böhrana görə milyardlıq layihələrini dayandırmaq məcburiyyətində qalıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap