Suriyadakı terrorçu qruplar Ərdoğanı təbrik ediblər
Posted on : Digər sahələr 10/16/2017 1:00:26 PM
Suriyada fəaliyyət göstərən terrorçu qruplar Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanı konstitusiyaya dəyişiklik üzrə referendumda qələbə çaldığına görə təbrik ediblər.
Livanın Əl-Məyadin
telekanalının verdiyi məlumata görə, Cəbhətünnüsrə, Ceyşül-İslam və Cəbhətüşşamiyyə
kimi terrorçu qruplar referendumun nəticələrinə əsasən Rəcəb Təyyib Ərdoğanın səlahiyyətlərinin
artmasını alqışlayaraq ondan Ankaranın Suriyaya müdaxiləsini genişləndirməsini
istəyiblər.
Bu məlumata görə,
Suriyada terrorçu qrupların Ərdoğanı təbrik etmələri əslində onların öz əsas
maliyyə təminatçılarına sədaqətlərini nümayiş etdirir və onların fəaliyyətinin
Türkiyənin nəzərdə tutduğu planlar əsasında olduğunu göstərir.
Müşahidəçilərin
fikrincə adı BMT-nin TŞ-nin terrorçu qruplar siyahısına daxil olan Cəbhətünnüsrə
ilə Ceyşül-İslam və Cəbhətüşşam arasında fərq yoxdur.
Türkiyə 2016-cı
il 24 avqustda Fərat qalxanı adlı əməliyyat keçirmək üçün İŞİD terrorçuları ilə
mübarizə adı altında Suriyanın şimalına qoşun yeritdi.