header

 Türkiyənin ana müxalifət partiyası seçkinin saxtalaşdırıldığını deyir

AK Partiya referendumu qazandı, CHP etiraz etdi, MHP isə sosial bazasını itirdi

Türkiyənin Cümhuriyyət Xalq Oartiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu referendum nəticələrinin açıqlanmasından sonra verdiyi bəyanatda, "bərabər olmayan şərtlərdə referendum keçirdik. Bunu hamı bilir. Biz də şərtlər bərabər olmamasına baxmayaraq, demokratiyaya sahib çıxmaq üçün əlimizdən gələn hər cür səyi göstərdik. Bu səyi hüquq çərçivəsində göstərdik.", - deyərək, Ali Seçki Komissiyanın (YSK) möhürsüz zərf və bülletenlərin etibarlı sayılması istiqamətindəki qərarına reaksiya göstərib. Kılıçdaroğlu, "təəssüflə qeyd edim ki, YSK bu referendumu mübahisəli hala gətirdi. Heç bir mübahisəyə yer verməyəcək şəkildə bu məsələyə aid qanun maddəsini oxuyuram. Seçki Məcəlləsinin 98-ci maddəsi: "Üzərində rayon seçki komissiyası və seçki məntəqəsinin möhürü olmayan bülletenlər etibarsız sayılır." Amma YSK bu zərfləri qəbul edib. Nə üçün? Seçki Məcəlləsinin 108-ci maddəsi: "Arxasında seçki məntəqəsinin möhürü olmayan zərf etibarsızdır." Bunlar TBMM-dən keçən qanunlardır. Heç bir qurum özünü parlamentdən üstün görə bilməz. Oyun keçirilərkən matçın ortasında qayda dəyişdirilməz. YSK oyunun ortasında, üstəlik, zərflər açıldıqdan sonra qaydaları dəyişir. Bu düzgün deyil, əsla qəbul etmirik. Millətin qərarına hörmət etməliyik, amma YSK kölgə saldı", - söyləyib.
 
FaktXəbər-in "Cümhuriyyət"ə istinadən verdiyi məlumata görə, Kılıçdaroğlu bildirib ki, "Bəli"ni müdafiə edənlər qanundan kənara çıxıblar. "Konstitusiyalar ictimai razılaşma sənədidir", - deyən Kılıçdaroğlu, "bu referendum bir həqiqəti ortaya çıxardı. Cəmiyyətin ən azı 50 faizi buna "xeyr" deyir. Ona görə, bu konstitusiya dəyişikliyi və onun yaratdığı bütün konstitusiya bir mənada ictimai razılaşma sənədi olmaq keyfiyyətini itirmiş haldadır. Ən əhəmiyyətlisi odur ki, bu həqiqət qarşımızda durduğu halda, siyasət qurumuna bir vəzifə düşür. Konstitusiyanı ictimai razılaşma sənədi halına çevirmək", - deyə əlavə edib.
 
Kılıçdaroğlu son olaraq bildirib ki, hüquqi, ictimai və vicdan baxımından da referendumun legitimliyi mübahisəli hala gətirilib və bu məsələdə sona qədər gedəcəklər.
 
Qeyd edək ki, CHP-nin açıqladığı nəticələri belədir: 50.54% "bəli", 49.26% "xeyr". Rəsmi rəqəmlərdə isə göstəricilər bu cürdür: 51.41% "bəli", 48.59% "xeyr".
 
"Milliyyət" qəzetinin yazarı Mehmet Tezkan referendumun nəticəsinə dair qələmə aldığı yazıda bildirib ki, Milliyətçi Hərəkat Partiyası bu seçkidə itirən tərəf olub: ""Referendumda siyasi cəhətdən itirən yoxdurmu", - deyə sual edəcəksiniz. Var, MHP. Ərzurumdan başqa, MHP-nin güclü olduğu bütün rayonlarda "xeyr" səsi çıxdı. Misal üçün Adana, Balıkesir. Nəticə budur. MHP-nin mənzil qərargahı "bəli" dedi. Amma əsas bazanın 80 faizi "xeyr" səsi verib. MHP-ni çətin günlər gözləyir".
 
Türkiyə Ali Seçki Komissiyası yekun nəticələri hələ açıqlamasa da, görünən odur ki, 51.41% "bəli" səsi ilə konstitusiya dəyişikliyinə gediləcək. Amma hər zaman olduğu kimi seçkilərə kölgə salan görüntülər də yox deyil. Ölkə boyu müxtəlif seçki məntəqələrindən çəkilmiş qanun pozuntuları sosial şəbəkələrə yerləşdirilib.

 



Referendumda ən çox "bəli" səsi verən vilayətlər:

1. Bayburt: 81,87 %
2. Aksaray: 77,92 
3. Çankırı: 76,93
4. Konya: 75,98
5. Kütahya: 76,13
6. Rize: 75,94
7. Yozgat: 75,82
8. Gümüşhane: 75,11
9. Erzurum: 74,98
10. Kahramanmaraş: 74,64
 
Ən çox "xeyr" səsi verən vilayətlər:
 
1. Tunceli: 78,49 %
2. Kırklareli: 70,18
3. Edirne: 65,98
4. Şırnak: 68,61
5. Hakkari: 66,14
6. Diyarbakır: 65,55
7. Iğdır: 63,41
8. Muğla: 63,18
9. İzmir: 63,11
10. Tekirdağ: 59,81

 

AK Partiya referendumu qazandı, CHP etiraz etdi, MHP isə sosial bazasını itirdi
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap