İmam Rzanın (ə) hərəmində 3 gün etikaf saxlayanlar qızıl güllərlə yola salındı
Posted on : iran 10/16/2017 1:00:25 PM
İmam Əlinin (ə) mübarək mövludu gecəsində etikaf saxlamaq üçün İmam Rzanın (ə) hərəminə gələn 2 mindən artıq müsəlman, hərəmin Gövhərşah məscidində 3 gün etikaf saxlayıblar.
3 gün boyunca Allaha dua etmək, tövbə diləmək üçün etikaf saxalayan müsəlmanlar artıq İmam Rzanın (ə) hərəmini tərk ediblər. Hərəmin xuddamları etikafdan çıxan müsəlmanları qızıl güllərlə yola salıblar.
Verilən məlumata əsasən, bu il 27558 nəfər Gövhərşad məscidində etikaf saxlamaq üçün qeydiyyata alınıb və bunlar arasında püşk atılaraq 2200 insan etikaf saxlamaları üçün hərəmə dəvət olunub.