“Hizbullah”: Bəzi ərəb ölkələri İsrail rejiminə dəstək olur
Posted on : Digər sahələr 10/16/2017 1:00:24 PM
"Bölgədə son 30 ildə baş verən bütün müharibələrin səbəbkarı bu rejimdir. İsrail problemin özüdür..."
“Hizbullah”-ın baş
katibinin müavini Şeyx Nəim Qasim həqiqi düşmənlərinin İsrail rejimi olduğunu
vurğulayıb.
Həqiqi düşmənlərini heç
vaxt unutmayacaqlarını deyən Şeyx Qasim bildirib: “Bu rejim məzlumcasına olan şüarlarıyla
ərəb ölkələrinə, medialara, BMT və Təhlükəsizlik Şurasına daxil olur. Daim
“Hizbullah”a , İrana və Fələstinə hücum edərək, bu qüvvələrin İsrail adında ölkənin
yaranmasını istəmədiklərini bəyan edir. Sanki İsrailin haqqıdır ki,
başqalarının torpaqlarını işğal etsin. Təəssüf olsun ki, bəzi ərəb ölkələri bu
rejimə dəstək olurlar, lakin biz səbirli olmalı və həqiqəti deməliyik. İsrail təcavüzkardır.
Bölgədə son 30 ildə baş verən bütün müharibələrin səbəbkarı bu rejimdir. İsrail
problemin özüdür.”