header

 İran qadın və kişinin insani hüquqlarının bərabərliyi və hörmətinin qorunmasına tam inanır

İranın BMT-dəki daimi nümayəndəsi deyib: İran İslam Respublikası qadın və kişinin insani hüquqlarının bərabərliyi və hörmətinin qorunması, eləcə də qadınların sahibkarlıq istiqamətində bacarıqlarının artırılmasına tam inanır

IRNA-nın məlumatına görə, İranın BMT-dəki daimi nümayəndəsi Qolaməli Xoşru dünən Nyu-Yorkda Qadının Yeri Komissiyasının 61-ci iclasında müxtəlif adlar altında sanksiyaların tətbiqini qadınların iqtisadi sahələrdə bacarıqlarının artırılması yolunda ən mühüm maneə adlandırıb və belə deyib: Müxtəlif adlar altında sanksiyaların tətbiqi bəzi ölkələrin ədalətsiz siyasətlərinin təzahürlərindəndir ki, qadınların iqtisadi cəhətdən bacarıqlarının artırılmasını ciddi zərərlə üzləşdirir.

Xoşru İranda qadınların təhsilinin davam etdirilməsinin parlaq durumuna toxunaraq, əlavə edib: İranda sahibkarlıq layihələrinin təmərküzləşməsinin ən mühüm hissəsi müstəqil iş yerinin yaradılması üçün qadınların bacarıqlarının artırılmasına, müasir texnologiya ilə tanışlığa və virtual mühitdə marketinqə yönəlibdir.

İranın BMT-dəki daimi nümayəndəsi altı mindən çox qadının İranda şəhər və kənd şuraları seçkilərində qalib gəlməsini qadının iş qabiliyyətlərinin artırılmasının bir nümunəsi adlandırıb və belə deyib: İranda icra idarəçilikləri səviyyəsində qanunvericilik və siyasətin təyini qadınlara aiddir və bu rəqəm yüksələn xətt üzrə inkişaf edir.

Qadının Yeri Komissiyasının 61-ci iclası martın 13-də başlanıb və martın 24-dək BMT-nin Nyu-Yorkdakı qərargahında davam edəcək.

İranın BMT-dəki daimi nümayəndəsi deyib: İran İslam Respublikası qadın və kişinin insani hüquqlarının bərabərliyi və hörmətinin qorunması, eləcə də qadınların sahibkarlıq istiqamətində bacarıqlarının artırılmasına tam inanır
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap