header

 Türkiyə Suriyada hökumətə və kürdlərə qarşı döyüşəcək yeni qruplaşma yaradıb

Türkiyənin Şanlı-Urfa şəhərində “Fərat və Cəzirə Qəbilələrinin Baş Konqresi” adı altında keçirilən toplantı çərçivəsində Suriyada hökumətlə və kürdlərlə döyüşmək üçün yeni və böyük bir qruplaşma yaradılıb.

Suriya mətbuatına istinadən, yeni qruplaşmanın adı “Cəzirə və Fərat Ordusu”dur ki onun əsas hədəfi Suriya hökuməti və kürd bölmələri ilə döyüşmək olacaq.

 

Əlli nəfər suriyalı qəbilə başçısı və silahlı qruplaşmaların liderləri və fəalların iştirakı ilə keçirilən sözügedən  toplantının bəyanatında Rəqqada, Həsəka və Dirazzurda olan kürd, ərəb, sünni və şiə fəallarından istənilib ki “Fərat və Cəzirə Qəbilələrinin Ordusu”na birləşsinlər.

 

Bəyanatda deyilir:

 

“Bəşər Əsədi devirmək, İran, Rusiya və Hizbullah işğalçıları ilə mübarizə üçün, bölgəni PYD silahlılarından və İŞİD terror qruplaşmasından təmizləmək üçün Fərat və Cəzirə Qəbilələrinin Ordusunu təsis edirik”

 

Bəyanatda əlavə edilib ki, “Fərat və Cəzirə Qəbilələrinin Ordusu”  “Azad Suriya Ordusu”nun tabeçiliyində döyüşəcək.

 

Ekspertlərin fikrinə görə Türkiyənin belə bir addım atması Suriyada kürd bölmələrinin və Suriya Ordusunun İŞİD-ə qarşı irəliləməsindən sonra, İŞİD-in bölgədən silinməsinin qətiləşməsi, Suriyada hakimiyyətə qarşı döyüşən ən-Nusra Cəbhəsi və sairlərinin kontroldan çıxması və bir-birilə döyüşə girməsindən sonra həyata keçirilir. / İslaminSesi

Türkiyənin Şanlı-Urfa şəhərində “Fərat və Cəzirə Qəbilələrinin Baş Konqresi” adı altında keçirilən toplantı çərçivəsində Suriyada hökumətlə və kürdlərlə döyüşmək üçün yeni və böyük bir qruplaşma yaradılıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap