Almaniyada Həzrət Fatimə Zəhranın (s.ə) mövludu münasibəti ilə tədbir keçirilib - FOTO
Posted on : Digər sahələr 10/16/2017 1:00:24 PM
Almaniyanın Rhein-Main bölgəsində Həzrət Fatimə Zəhra (s.ə) məscidində martın 12-də Həzrət Fatimənin (s.ə) mövludu və müsəlman "Qadınlar günü" münasibəti ilə tədbir keçirilib.
Avropanın müxtəlif
şəhərlərindən təqribən 500-ə yaxın Əhli-beyt (ə) ardıcılının qatıldığı tədbir
saat 13:30-dan 17:30-dək davam edib.
Tədbir ilk
olaraq Quran tilavəti ilə başlayıb. Daha sonra tədbirdə çıxış edələr Həzrət
Fatimənin (s.ə) fəzilətlərindən danışıb. Bu günün bütün müsəlman "Qadınlar
günü" olduğu vurğulanıb.
Daha sonra
Əhli-beyt (ə) məddahları şeir və mahnılar oxuyub.
Tədbirdə
müsabiqə keçirilib və iştirakçılardan qaliblərə hədiyyələr verilib. Daha sonra
bayram süfrəsi təşkil olunub. /Maide.Az