header

 Ərdoğanın ekstremistləri dəstəkləməsi nəticəsində İŞİDİN təbliğat afişaları Türkiyə küçələrində asılmışdır

Ərdoğanın ekstremistləri dəstəkləməsi nəticəsində İŞİDİN təbliğat afişaları Türkiyə küçələrində asılmışdır+foto

Tashaio.com - Insanların diri-diri yandırılmasını caiz bilən Əbuhənzələ ləqəbilə tanınan Xalis Bayancuq, Türkiyə İŞİD-çilərinin mənəvi rəhbəri qısa bir müddət saxlanıldıqdan və azadlığa buraxıldıqdan sonra 26 fevralda Ankarada din konfransı keçirir. Türkiyə sələfçi qruplaşmalarının xaç atası və əsas ideoloqu, İŞİD-in xaç atası kimi tanınan Əbuhənzələnin 26 fevralda Ankaranın Etimsügut bölgəsində din konfransı keçirməsi planlaşdırılmışdır. Küçələrdə bununla əlaqədar külli miqdarda təbliğat billibordları yapışdırılaraq ankaralıları bu konfransda iştirak etməyə çağırılır. Billibordlarda yazılmışdır: “minlərlə insanların həqiqi islamı öyrənmələrinə səbəb olan Əbuhənzələ Ankarada konfrans verəcəkdir”.

Əbuhənzələ kimdir? O, Türkiyə sələfçi qruplaşmalarının əsas mütəfəkkiri və xaç atası, İŞİD-in xaç atası kimi tanınır. Onun əsl adı Xalis Bayancauqdurş o, Türkiyə məhkəmələrində Mustafa Kamal Atatürkün şəklinin vurulmasına etiraz edən adamdır. Onun dosiyasında Ankarada terror aktı, Suruçda terror aktı, Mosulda Türkiyə konsulluğunun işçilərində 49 nəfəri girov götürmə, Mosula benzin daşıyan 32 nəfər sürücünü girov götürmək, Nığda şəhərində Türkiyə polisinə qarşı terror aktı kimi ittihamlar qeyd edilmişdir. Əbuhənzələ 2008-ci ildə İstanbul kilsələrinin birində terror aktı planlaşdırdığına görə yaxalanmış və bir ildən sonra azadlığa buraxılmışdır. Türkiyə polisi 2011-ci ildə antiterror əməliyyatına başladı və qabaqca müəyyənləşdirilmiş 50 nöqtəyə hücum edərək 42 nəfəri saxladı. Əbuhənzələ də onların içində idi. Əbuhənzələ saxlanıldıqdan sonra həbsə alındı və 2013-cü il yanvarın 24-də azadlığa buraxıldı. O, bir il ondan qabaq təhlükəsizlik qüvvələrinin antiterror planında İŞİD-ə qüvvə cəlb etmək və İŞİD-ə bağlı informasiya vasitələrində məqalə yazmaq ittihamı ilə yaxalansa da qısa müddətdən sonra Türkiyə dövləti əldə tutarlı faktların olmadığı bəhanəsilə azadlığa buraxmışdı. Əbuhənzələ canlı televiziya yayımında (Türkiyə televiziyası) İordaniya təyyarəçisi və iki türk əsgərinin diri-diri yandırılmasını aşağıdakı fətva ilə cayiz hesab etdi: “insanları dünyaya gəldikdən sonra diri-diri yandırmaq cayiz deyildir. Lakin qisas, qorxutmaq və düşmənlərə ibrət üçün olarsa cayizdir”. Qeyd edək ki, bir çox ekspertlər rgionda və Türkiyədə ifratçıların yayılmasını Ərdoğanın antihumanitar qruplaşmaları hər tərəfli dəstəkləməsində görürlər.

 

Ərdoğanın ekstremistləri dəstəkləməsi nəticəsində İŞİDİN təbliğat afişaları Türkiyə küçələrində asılmışdır+foto
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:23 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap