MMDİB Şeyx Sərdar Hacıhəsənlinin həbsini pislədi
Posted on : Digər sahələr 10/16/2017 1:00:23 PM
"Milli Mənəvi Dəyərlər" İctimai Birliyinin mətbuat xidmətindən İslamazeri.az-a daxil olan məlumatda deyilir:
" Bu gün
ölkəmizdə yenidən inanclıların, ruhanilərin həbs xəbəri təşkilat olaraq bizi
sarsıtdı. İlk öncə qeyd etmək istəyirik ki, Şeyx Hacı Sərdar Hacıhəsənli
(Babayev) nəinki cənub bölgəsi və Azərbaycan, ümumiyyətlə ölkəmizdən kənarda
tanınan və nüfuz sahibi ilahiyyatçılardandır. Ümumiyyətlə müstəqilliq illərimizdən
öncə Sovet dövründə əllə sayılan ruhanilərin yanında ilahiyyat təhsili almış,
sonra (indi xaricdə təhsil alanların təbliğatı qadağan edilib) qadağan
olunmayan bir dövrdə İran İslam Respublikasında Ali Ruhani təhsilinə yiyələnmişdir.
Ölkəmizdə istər milli-mənəvi dəyərlər, istərsə də əxlaq və şəriətin təbliği ilə
gənclərin narkomaniya, fəsad və cinayətə meyl etməsinin qarşısını
almışdır. Masallıda uzun müddətdir ki, cümə namazlarını qıldıran və cümə imamı
kimi tanınan Hacı Sərdarın birdən, guya hansısa qanunu pozması kimi elan etməsi
və cinayət məsuliyyətinə cəlb etmək istəyinin arxasında sanki cəmiyyətə hələ
qaranlıq məqamlar var. Sanki kimlərsə Sərdar Hacıhəsənlilə bağlı sadaladığımız
bu və onlarla bu kimi fəaliyyətlərindən narahat olmuş, ölkəmizdə İslam həmrəyliyinin
elan olunmasına baxmayaraq inanclıları, dindarları narahat edən qərarlara imza
atmağa sövq etmişdir. Bu həbs istər dini kəsimi, istər hüquq müdafiəçilərini
bir mənalı şəkildə narahat emtiş və bununla bağlı açıqlamalar verməkdədirlər.
"Milli Mənəvi
Dəyərlər" İctimai Birliyi olaraq; Şeyx Hacı Sərdar Hacıhəsənlinin sırf
namaza görə həbs edilməsini pisləyir və tezlikə bu düşünülməmiş qərarları ləğv
etməyə çağırırıq. Diqqətinizə çatdırırıq ki, hicab qadağasına etiraz olaraq keçirilən
aksiyalarda həbs olunanlar bu günə kimi istər ölkədə, istərsə də xaricdə
"hicab məhbusu" adlandırılırlar, ruhaninin bu həbsi qətiləşərsə,
Şeyx Hacı Sərdar Hacıhəsənli birmənalı olaraq hər kəs tərəfindən "namaza
görə həbs olunan" sayılacaq və "namaz məhbusu" kimi qəbul ediləcəkdir.
Həmçinin bu məsələnin İslam həmrəyliyi elan olunan bir yerdə baş verməsinə
bu məsələni ortaya atanlar səbəb olmuş olacaqlar." (islamazeri.az)