header

 Hakimiyyət tamahı Müaviyyəni (lən) necə zəlil etdi

Hakimiyyət tamahı Müaviyyəni (lən) necə zəlil etdi

Müğeyrə ibni Şəbə vəzifəyə həvəsli bir insan idi və bir müddət Kufənin valisi olmuşdu. Müaviyyə (lən) onu bu vəzifədən kənarlaşdırmışdı, ancaq Müğeyrə Kufə hökumətinə böyük tamah bəslədiyi üçün bu vəziyyətdən narahat olmuşdu. Ona görə də hökumət başına gəlmək üçün plan qurur.

O, Şama gəlir və Yezidə (lən) deyir: “Bilmirəm ki, niyə Müaviyyə sənə görə bu cür səhlənkarlıq edir, indi nəyi gözləyirsən? Niyə səni öz canişini kimi insanlara tanıtmır?”.

Yezid (lən) deyir: “Atam belə düşünür ki, bu məsələ əmələ gələn deyildir”.

Müğeyrə deyir: “Niyə ki, yerinə yetəndir. Siz nədən qorxursunuz? Müaviyyə hər nə deyərsə, Şam əhli itaət edər və onlardan nigarançılıq yoxdur. Ancaq Mədinə əhli üçün filankəsi ora göndərsəniz, o, bu vəzifəni yerinə yetirəcəkdir. Onların hamısından təhlükəli İraqdır. O da mənim öhdəmdədir ki, yerinə yetirərəm.

Yezid (lən) Müaviyyənin (lən) yanına gəlir və deyir: “Müğeyrə bu cür danışır”.

Müaviyyə Müğeyrəni yanına çağırır və o, da fürsətçilik edib, deyir ki, mən Kufədəki vəziyyəti öhdəmə götürürəm. Müaviyyə əmr verir və onu yenidən Kufənin valisi təyin edir. Ancaq nə Kufə və nə də Mədinə xalqı bu təklifi qəbul etmirlər. Müaviyyə məcbur olur ki, özü Mədinəyə gəlsin. (Erfan)

O, Mədinənin böyükləri sayılan İmam Hüseyni (ə), Abdullah ibni Zübeyri və Abdullah ibni Öməri dəvət edir və onlardan şirin dillə Yezidə (lən) beyət etməyi xahiş edir. Ancaq onlar qəbul etmirlər. O, istədiyi nəticəni ala bilməyəndə Mədinə məcsidində insanları beyət etməyə vadar etmək istəyir. Ancaq yenə də nəticə əldə edə bilmir.

Müaviyyə ölən zaman Yezidin vəziyyətinə görə çox nigaran idi və ona bir neçə məsləhətlər verir. Deyir ki, İmam Hüseynlə (ə) çalış mülayim dillə danışasan və kobudluq etməyəsən. Çünki o, Peyğəmbər (s) övladıdır və insanların arasında məqamı böyükdür. Ona görə də onunla düşmən olmaqdan qorx.

Müaviyyə (lən) yaxşı bilirdi ki, əgər Yezid (lən) İmamla (ə) kobud rəftar etsə və əlini onun qanına batırsa, o zaman xilafətdə qala bilməyəcəkdir.

Müaviyyə Yeziddən fərqli olaraq çox siyasətçi bir fərd idi və o, insanları yaxşı tanıyırdı. Bilirdi ki, kiminlə necə rəftar etsə, yaxşı nəticə ala biləcəkdir. Ancaq Yezidin məsələsində hər nə qədər cəhd edirsə, nəticəsiz qalır. Ona görə də bu məlun dünyadan nigaran halda gedir. Özü xilafəti zəbt etməsinə baxmayaraq, Əbu Süfyan nəslinin xilafətdə qalmasını arzu edir ki, bu da rəhbərlik etmək və vəzifədə olmaq tamahından irəli gəlir. Bu tamah onu da, oğlu Yezidi də İslam düşməni edir və şeytanın quluna çevirir.

Hakimiyyət tamahı Müaviyyəni (lən) necə zəlil etdi
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:23 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap