header

 Türkiyənin gözlənilməz siyasəti dəyişikliyinin hədəfləri və nəticələri. Birinci hissə.

Trampın nümayəndəsi Ərdoğana nə dedi? +foto

Tashaio.com-Ərdoğan Trampın Ərəb oxunu bərpa etmək, regionda İrana qarşı koalisiya yaratmaq istədiyini bilir. Buna görə də sürətlə səfər tədarükü görüldü. Ameriki mərkəzi kəşfiyyat idarəsinin rəisi Mayk Pompeo Donald Tramp tərəfindən təyinat aldığından sonra ötən cüməaxşamı Türkiyəyə səfər etməsi açar sözünə çevrilərək Ərdoğanın regional mövqeyinin gözlənilmədən dəyişilməsi, Rusiya qrupundan ABŞ birliyinə qovuşacağı haqqındakı praqnozları reallığa çevirdi. Türk və Amerika mediyasının bildirdiyinə görə müzakirələrin əsas oxu Tramp-Ərdoğan arasındakı telefon danışığı kimi Suriyada əmin-amanlıq sahəsinin yaranması idi. Belə çıxır ki, Türkiyə dövləti Trampın Suriya siyasətinə hesab açmış və ondan regional maraq və tələblərini artırmaq cəhdində istifadə etmək istəyir. Türkiyə - Amerika diplomatiyasının regionda fəallaşması ilə eyni zamanda Əlbab şəhərinin girəcəyində olan Türk ordusu öz fəaliyyətini intensivləşdirmişdir. Eyni halda Suriya ordusu da Fərat Qalxanı qüvvələrin Əl-Riqqə yolunu bağlamağa çalışır. Ərdoğan bu istiqamətdə Bəhreyn və Səudiyyə Ərəbistanına səfər etmiş və Ərəbistan kralı tərəfindən hərarıtlə qarşılanmışdır. Nəzərə almalıyıq ki, Türkiyə-Ərəbistan əlaqələri Misir ərəb respublikasının prezidenti Məhəmməd Mursi əleyhinə olan çevrilişə görə soyumuşdu. Lakin Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cübeyr ötən həftə Ankarada demişdi: Səudiyyə Ərəbistanı ilə Türkiyənin Suriya mövqeyi tamamilə üst-üstə düşür. Səudiyyəlilər Ərdoğanın siyasi mövqeyinin Amerikaya yönəliş dəyişikliklərindən o dərəcədə sevinirdilər ki, Ərəbistan kralı Salman bin Əbdüləziz hava limanında Ərdoğanı şəxsən qarşıladı. Digər tərəfdən isə belə çıxır ki, Amerika Suriya planı ilə əlaqədar son ümumiləşdirməyə yetişmişdir. ABŞ prezidenti dövlət adamlarının regional fəaliyyəti və son günlərdəki telefon danışıqları ilə Ərdoğanın hələ çoxdan irəli sürdüyü əmin-amanlıq sahəsi fikrini həyata keçirməyə çalışır. Məhz buna görə idi ki, Ərdoğan Bəhreyndə Əlbab hərbi əməliyyatı başa çatdıqdan və və Suriya İŞİD-inin əsas qərargahı olan Əl-Riqqə şəhəri azad edildikdən sonra deyilən 5000 kvadrat kilometr əmin-amanlıq sahəsini yaradacaqdır. Digər tərəfdən də amerikalılar çalışır ki, İran islam inqilabının xalq arasındakı nüfuzunun qarşısını almaq üçün Türkiyənin qədim-yeni bərpası planını islam ölkəsi örnəyi kimi davam etdirməyə çalışır. Buna görə də İranın regional nüfuzunun qarşısını almaq Ərdoğan Pompeo Türkiyədəki görüşlərinin açar sözü olmuşdu. Bununla əlaqədar Amerika Suriya və İraq əməliyyatında Ərəbistanın rəhbərliyi altında Ərəb koalisiyasına daxil olmaq əzmindədir. Ərəb politoloqu Əbdülbari Ətvan bu haqda rəyülyovm qəzetində yazmışdır: Ərdoğan Trampın Ərəb koalisiyasını bərpa etmək və şiə İrana qarşı sünni koalisiyasını yaratmaq istəyində olduğunu yaxşı bilir. Buna görə də tələsik olaraq Fars körfəzi ölkələrinə səfər edərək özünü anti-İran xeyməsinin dirəyi kimi təqdim edərək regional mövqeyini yaxşılaşdırmağa çalışdı. Məhz buna görə idi ki, Ərdoğan Bəhreyn beynəlxalq sülh müəssisəsində İranın Suriya və İraqı parçalamaq fikrində olduğunu iddia edərək dedi: orada da (fars) millətçiliyi vardır. Fars millətçiliyi ilə parallel olaraq separatçılıqdan da danışmaq olar. Bunların qarşısını almalıyıq. Eyni şərait Suriyada da mövcuddur. Demək görsənir ki, Türkiyənin Hələbdə nüfuz etmək üçün coğrafi sərhədd və anlaşma sahəsində Demeşqə verdiyi bütün vədləri  nəzərdə tutulduğu kimi Ağevin yeni Suriya siyasətinin müəyyənləşdirilməsini güdmək üçü imiş. Artıq Türkiyə üçün Amerika münasibətləri hər şeydən üstündür. Uaşinqton rəsmiləri ilə daha çox əməkdaşlıq və uyğunluq hər gün Türk rəsmilərinin dilindən eşidilməkdədir. Türkiyə prezidentinin müşaviri Elnar Şəfiq president sarayında mətbuata verdiyi müsahibəsində demişdir: artıq Amerika əməkadaşlığını yenidən başlamaq üçün bütün perspektivlər əlimizdədir.

.
 
اهداف و پیامدهای چرخش ناگهانی سیاست‌های ترکیه/ فرستاده ترامپ به اردوغان چه گفت
اهداف و پیامدهای چرخش ناگهانی سیاست‌های ترکیه/ فرستاده ترامپ به اردوغان چه گفت 
اهداف و پیامدهای چرخش ناگهانی سیاست‌های ترکیه/ فرستاده ترامپ به اردوغان چه گفت 
اهداف و پیامدهای چرخش ناگهانی سیاست‌های ترکیه/ فرستاده ترامپ به اردوغان چه گفت 

اهداف و پیامدهای چرخش ناگهانی سیاست‌های ترکیه/ فرستاده ترامپ به اردوغان چه گفت 
 
اهداف و پیامدهای چرخش ناگهانی سیاست‌های ترکیه/ فرستاده ترامپ به اردوغان چه گفت 
 
اهداف و پیامدهای چرخش ناگهانی سیاست‌های ترکیه/ فرستاده ترامپ به اردوغان چه گفت 


 
اهداف و پیامدهای چرخش ناگهانی سیاست‌های ترکیه/ فرستاده ترامپ به اردوغان چه گفت

Trampın nümayəndəsi Ərdoğana nə dedi? +foto
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:23 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap