58 nəfər terrorçu Azərbaycan vətəndaşlığından çıxarılıb
Posted on : Digər sahələr 10/16/2017 1:00:21 PM
"Son beş il ərzində 68.270 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilib".
Dövlət
Miqrasiya Xidmətindən FaktXəbər-ə verilən məlumata görə, bunu Dövlət Miqrasiya
Xidmətində 2016-cı ilin yekunlarına həsr olunmuş xidməti müşavirədə xiadmətin rəisi
Firudin Nəbiyev hesabat məruzəsində bildirib.
Azərbaycan
hüdudlarından kənarda 58 nəfərin dini ekstremizm və terrorçuluq fəaliyyətində
iştirak etmələri barədə hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar əsasında
Dövlət Miqrasiya Xidməti tərəfindən həmin şəxslərin Azərbaycan vətəndaşlığını
itirməsi ilə bağlı icraata başlanılıb, aidiyyəti sənədlər məhkəmələrə təqdim
olunub və məhkəmələr tərəfindən artıq müvafiq qərarlar qəbul edilib. Xidmət rəisi
xüsusi vurğulayıb ki, görülən tədbirlər ölkənin təhlükəsizliyinin təmin edilməsi
baxımından mühüm əhəmiyyət kəsb etdiyindən bu sahədə aparılan işlər daim ciddi
nəzarətdə saxlanılmalıdır.
2016-cı ildə
7.956 ikili vətəndaşlığı olan şəxs müəyyənləşdirilib, onların adları müvafiq
bazaya daxil edilib və hazırda statistikası aparılmaqdadır. Hesabat dövründə
qaçqın statusu almaq niyyətində olan 95 əcnəbi (ailə üzvləri ilə birlikdə 209 nəfər)
Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Hazırda üçüncü ölkə vətəndaşlarından
qaçqın statusu almış 73 nəfər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır.
Avropa İttifaqı ilə imzalanmış
readmissiya sazişi çərçivəsində 2016-cı ildə Dövlət Miqrasiya Xidmətinə göndərilmiş
bildirişlər əsasında Azərbaycan vətəndaşlığına mənsub olduğu müəyyənləşdirilmiş
120 şəxsin readmissiyası həyata keçirilib.
Mənbə: Faktxeber