header

 1 dəqiqəlik moizə: Cənnətdən səsi gələn şəxs...

1 dəqiqəlik moizə: Cənnətdən səsi gələn şəxs...

"Quranda "mukrəm, mukrim" kəlməsi işlədilib. Adətən mələklərə nisbət verilir. Lakin bir şəxs haqda da gəlir, Yasin surəsində. Rəvayətlərə görə Cənnətdən bir nəfərin səsi gəlib. O da Həbib Nəccardır( və ya Həccar). Yasin surəsində ondan danışılır. Elçilərə dəstək verən Həbib Nəccar (və ya Həccar) “Ey qövmüm! Elçilərə tabe olun! Sizdən (haqqa dəvət müqabilində) heç bir muzd (mükafat) istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin!" dedi. Allahın elçilərindən müdafiə etdi və buna görə şəhid edildi. Quranda onun adından deyilir “Kaş qövmüm biləydi ki, Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!”. Bu ayədə Nəccar Allahın onu "mukrəmin"ə layiq etməsini bildirir. Mələklər haqqqında işlədilən kəlmə şəhid haqda istifadə edilir. Görün şəhidlərin məqamı hardadır? Allah demək istəyirki, mələkdə "mukrim"dir, şəhiddə "mukrim"dir. Şəhidlər mələklərlə bir yerdədir. Buna sübut Cəfəri Təyyarın qolları kəsiləndə, İmam Əlinin (ə) dedikləridir. O Həzrət hadisə baş verəndə Cəfəri Təyyarın mələklərlə bir yerdə olduğunu bildirir. Din, haqq, vətən uğrunda ölməkdən qorxmaq lazım deyil. Allah yolunda ölməyi, nə yolunda ölmək istəyirik? Qəbiristanlıqda nə qədər ölü var? Amma onların neçəsi Allah, Din, Vətən uğrunda  şəhid olub? Həmd olsunki, Şəhid Mübariz gəldi və başımızı uca etdi. Bundan sonra yaşam məntiqimizi dəyişməliyik. Özümüz üçün yox, Allah üçün yaşamalıyıq. İmam Hüseyn buyururki, din mənim ölümümlə yaşayacaqsa, ey qılınclar doğrayın məni. Şəhadətdən böyük məqam yoxdur. Ən izzətli ölüm şəhidlikdirki, 11 İmam bu cür ölümü dadıblar-şəhid olublar."

Hacı Abgül Süleymanovun moizələrindən götürülüb...

1 dəqiqəlik moizə: Cənnətdən səsi gələn şəxs...
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:21 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap